Bakıda sexdəki yanğın-partlayışda ölənlərin sayı 9-a çatıb

Sexdə yanğın-partlayış nəticəsində ölənlərin sayı 9-a çatıb.

Yanvarın 15-də Binəqədi rayonunda sexdə baş verən yanğın-partlayışla əlaqəli ölən şəxslərin sayı 9-a çatıb.

Fövqəladə Hallar Nazirliyi yanvarın 16-ı, günün ikinci yarısı bildirib ki, xilasedicilər axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədini tapıblar.

Azadlıq radiosu