Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Ağdam rayonunda mikroavtobusda qəzaya düşüb.
TƏBİB-dən verilən məlumata görə, qəzada altı nəfər xəsarət alıb. İki nəfərin vəziyyəti ağır, iki nəfərin vəziyyəti orta ağır, digər iki nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir. Xəsarət alanlar əvvəlcə Bərdə xəstəxanasına aparılıb, oradan isə Bakıda özəl tibb müəssisəsinə təxliyə edilib.
Xəsarət alanlar arasında PFL prezidenti Elxan Səmədov da var.
Nümayəndə heyəti Azərbaycan Futbol Kubokunun “Qarabağ” və MOİK (Mərkəzi Ordu İdman Klubu) arasında dekabrın 21-də keçirilməsi planlaşdırılan 1/8 final maçına hazırlıq üçün Xankəndinə gedirdi.
Turan