Qukasyan, Saakyan və İşxanyan 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib

Qarabağda separatçı rejimin keçmiş rəhbərləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), habelə “parlamentin sabiq sədri” David İşxanyan barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu qərarları Səbail Rayon Məhkəməsi oktyabrın 3-də qəbul edib. Bu barədə Turan-a Məhkəmədən bildiriblər.

Lakin məhkəmənin əməkdaşı həbs edilən şəxslərə qarşı irəli sürülən ittiham maddələri haqqında məlumata malik deyildi.

Qukasyan, Saakyan, İşxanyan və daha bir “eks-prezident” Araik Harutyunyan okyabrın 3-də Xankəndində saxlanılıblar və Bakıya gətiriliblər.

Bu gün Baş Prokurorluq və DTX Harutyunyanın işi ilə bağlı rəsmi məlumat yayıb, ona qarşı Azərbaycan CM-in 9-dan çox maddəsi ilə insanlığa qarşı cinayətlərin və hərbi cinayətlərin törədilməsi ilə bağlı ittihamlar irəli sürülüb.

Contact.az