“ZAMANIN SINAĞINDA” – 1

ÖZÜNÜ TƏNQİDİ RUHUN KİTABI

İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı

Memuar əsərlər yazmaq Qərb də çox populyarlıq qazanıb. Biz də buna marağın zəif olması başa düşüləndir. Mən bunun 2 səbəbin görürəm.

Birincisi, Sovetin saxta ədəbi mühitində elə bir ənənə yaradılmışdı ki, sən özün haqqında heç nə yazmırsan, başqalarının sənin haqqında nəsə yazmalarına ipucu verirsən. Ona şərait və imkan yaradırsan. Sanki onlar sənin kimlik obrazını yaradırlar.

İkincisi, insanlar öz keçmişləri haqqında, olub-bitənləri ilə sirr pərdəsinə bürünmüş səhnələri gün işığına çıxarmağa cəsarət etmirdilər.

Bu baxımdan memuar ədəbiyyatı yaratmaq təkcə yaradıcı fəaliyyəti deyil, həm də cəsarətli işdir. Sən öz həyatını retrospektiv kontekstdə qiymətləndirirsən. Səninlə yaxından tanış olmaq üçün cəmiyyətə şans tanıyırsan. Səni tənqid etmək üçün ətrafa fürsət yaradırsan.

Şəxsini mübahisələndirməyə cəsarət edirsən. Buna paralel olaraq sən bunun içində özünü ifadə edirsən. Öz keçmişinə güzgü tutursan. Nə qədər problematik dillema yaradırsan…

Şənsən mən avtobioqrafik janrda oxuduğum kitabları iki qrupa ayırmaq istərdim. Bunları milli və xarici müəlliflərin yazdığı memuar əsərlər fonunda görürəm. Milli müəlliflərdən daha çox bəyəndiyim əsər 70-dən çox kitab müəllifi, filosof Əlisa Nicatın (“Xatirə: keçmişlə köçənlər”) əsəridir. Olduqca dəqiq faktlarla, dərinliklərə gedən təəsuratlarla müəllif haqqında zəngin təəsurat yaradan kitabdır. Zövq almışdım bu kitabı oxuyan zaman. Yazıçı Rasim Qaracanın “Zülmətdə bir Alatoran” kitabı da çox yaxşı alınıb. Xatırlayıram bu kitab haqqında yazdığım məqalə ən çox oxunan məqalələrdən olmuşdu.

Milli müəlliflərlə müqayisədə daha çox xarici müəlliflərin avtobioqrafiq əsərlərin oxumuşam. Xüsusilə siyasətçilərin, ictimai xadimlərin əsərləri bu baxımdan öndə gəlir. ABŞ-ın dövlət katibi Hillari Klintondan İsrailin prezidenti Şimon Peresə (“Mənim Ben-Qrionum”), tarixçi İlber Ortaylıdan (“Zaman kaybolmaz”) filosof İonna Kuçuradiyə qədər, iş dünyasının parlaq insanı Stiv Jobsdan iqtisadçı Oktay Yenala (“Tiz perdeden gümbür gümbür”) …

Əvvəla Cəmil müəllimin apardığı tədqiqatların həcmi, yazdığı əsərləri sayı və orta qoyduğu küll halında düşüncə məhsulları ilə dərindən tanış olanda nə qədər məhsuldar işlədiyini görmək olur. Bu qədər dar məcarda bu işlərin üzərinə avtobioqrafik bir əsərin yazılmasını da gələndə 70 yaşlı bir tarixçi-alimin zamanın sürət həddinə elastik olaraq ayaq uydurması təəccüb doğurur. Bu kontekstdə kitabı oxuduqca müəllifin məsuliyyət əxlaqının nə qədər güclü olduğunu görməyə bilmirsən.

Böyük Britaniyada bu qədər intensiv çalışmaların içərisində dar bir macal tapıb keçdiyi yolu sanki birnəfəsə və yaddaş problemi ilə üzləşmədən yazmaq istedadına həsəd aparmaya bilmirsən. Yarım əsrlik keçmişi sanki dünənki gün kimi təfsilatlı gündəlik yazmasında 2 labüd halı istisna etməyə bilmirsən; ya bu kitab yazılmış gündəliklər əsasında sistemli bir avtobioqrafik kitab yaza bilib yaxud fenomenal yaddaşın köməyi ilə keçmişi bu günə gətirib çıxara bilib. Cəmiyyətə tarix şüuru aşılayan bir tarixçinin özünün bu qədər dərin şüura malik olması gerçəkdən fövqəladə üstünlükdür.

              İlber Ortaylının “Zaman kaybolmaz”ı və 
               Cəmil Həsənlinin “Zamanın sınağında”

Cəmil Həsənli tarixçi olduğu üçün onun yazdığı əsəri İlber Ortaylının “Zaman kaybolmaz”ı ilə müqayisə etmək olar. Onun “Zaman kayolmaz” avtobioqrafik romanı çox qiymətli çıxarılmalı olan dərsərlə zəngindir. İlbber Ortaylının bundan əvvəlki “İnsan geleceyini nasıl kurar?” və “Bir ömür nasıl yaşanır” əsərlərin oxumuşdum. Dərin düşüncələri və ibrətamiz mətnləri çox möhtəşəm idi. Lakin avtobioqrafik janrda yazdığı sonuncu əsəri bədii üslubuna və tarixi kontekstinə görə tamamilə fərqlidir.

Cəmil müəllimin “Zamanın sınağında” əsəri təkcə retrospektiv baxış nöqteyi-nəzərincə qiymətləndirmək doğru olmazdı. Həm də siyasi sistemlərin xüsusiyyətlərini, rejimlərin (Sovet İttifaqı, Müstəqil Azərbaycan) təbiətləri haqqında düşünmək üçün oxucuya zəngin materiallar verir.

Cəmil Həsənlinin kitabı mənə görə özün öymək, güclü tərəflərini oxucunun gözünün önündə canlandırmaq ehtiyacı hiss olunmur. Kitabın hər səhifəsində müəllifin “parıldama effekti” çox solğun görürsən. Hadisələri oxucunun göz önündə canlandırır. Oxuyanlar bunu dəqiq görəcəklər.

Kitabda müəllifin özünə tənqidi gözlə baxması mənim ən çox bəyəndiyim epizodlardandır. Bu qədər zəngin tarixi bilgiləri olanlar özlərinin etdiklərinə elə rəngarəng bəraət donu biçə bilər ki, sən orada “it izi” ilə “at izinin” fərqini tapa bilməzsən. Amma Cəmil müəllim oxucuya aydın izahlarla bu fərqi interpretasiya edir. Halbuki cırtdan adamlar var ki, məhdud bilgiləri və böyük iddiaları ilə üstlərinə “toz” qondurmurlar, lakin Cəmil müəllim özünü bəzi epizodlar üzrə qınayır. “Bu mənim səhvim sayıla bilər” deyib başqa səhifəni çevrir. Mən bununla bağlı çoxlu iqtibaslar gətirəcəm.

Özünü tənqidə başqa bir nümunə kitabda yazılanlarla bağlı deyil. Kitab haqqında tənqidi yazıları belə Cəmil müəllim öz profil hesabında paylaşır. Onu oxumayanlara oxudur. Bununla professor əslində özünə tənqidin ikiqatın edir. Bu təkcə akademik vicdanlılıq prinsipindən irəli gəlmir, elm üçün tənqidin önüminin dərki ilə bağlı məsələdir. Müəllifin özünün tənqidi ruhunun təzahürüdür.