Qazaxıstan qadına qarşı ailə-məişət zorakılığını cinayət əməli hesab edəcək

Qazaxıstan Senatı iki oxunuşda bir neçə qanunvericilik aktlarına məişət zorakılığının kriminllaşdırılmasını və pedofiliya üçün ömürlük həbs cəzasını nəzərdə tutan dəyişiklikləri qəbul edib.

AzadlıqRadiosunun Qazax xidməti bildirir ki, sənəd imzalanmaq üçün ölkə prezidentinə göndərilib.

Qanun qüvvəyə mindikdən sonra bilərəkdən sağlamlığa ziyan vurulması 200 aylıq hesablaşma maaşı məbləğində (1664 dollar) cərimə və ya 200 saat müddətində məcburi əmək və ya 50 sutkalığına həbslə cəzalandırılacaq.

Döyülməyə görə cərimə 658 dollar təşkil edəcək və bu hərəkəti edən şəxs 80 sutkalıq məcburi əmək və ya 25 sutkalıq həbslə cəzalandırılacaq.

Hazırda cərimə və həbs 123 dollar və 15 sutkadan artıq deyil.

Azadlıq radiosu