Ombudsman (Aparatı) da (!) Konstitusiyadan bilgisizdir?


Aparat rəhbəri şikayətləri Ombudsmandan gizlədir
11 aydır borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının dələduzluqla dövlətin adından çıxarılan 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarı “ləğv edib”, icrasını dayandırmasına dövlət orqanları qiymət vermir. Daha doğrusu qiymətləndirmə rüşvət qiyməti ilə ölçülür. Rüşvət, korrupsiya özbaşınalığına baxın, baş prokurorluğun 161, 961 qaynar xətləri 11 ayda 30 dəfə şikayəti yalandan qeydə alıblar, amma bir dəfə də olsun şikayətçinin izahatını belə almayıblar. Qərarı qəbul edən Bakı İnzibati Məhkəməsi (hakim Günel xanım Sevdimalıyeva) 5 ay dövlətin adından çıxarılan məhkəmə qərarının icrasının məcburiliyini borclu DSMF-in diqqətinə çatdırıb, icranı tələb edib, 5 aydan sonra yazıb ki, qərar 2021-ci ilə kimi icra olunub.(?) Sual doğur, vaxtaşırı icra olunmalı olan məhkəmə qərarı niyə birdən-birə 2023-cü ilin aprelindən dayandırılıb? Dövlət orqanlarının, məhkəmənin suala cavabı utandırıcıdır: MƏHKƏMƏNİN ƏSASLANDIĞI QANUN MADDƏSİ LƏĞV OLUNUB!(?) Bəyəm qanunun ləğv olunması ilə məhkəmə qərarı ləğv edilir? Belə absurdluq hansı qanunda, hansı konstitusiyada yazılıb? Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə görə, qanunun geriyə qüvvəsi yoxdur, yalnız şəxslərin durumunu yaxşılaşdıran normativ hüquqi aktları qüvvəsi geriyə şamil edilir. Bəs nəyə görə 1-ci dərəcəli qazinin durumunu pisləşdirən qanunu 15 il geriyə şamil edirlər? Özü də Konstitusiyanın 129-cu maddəsinə zidd olaraq icrası məcburi olan dövlətin adından çıxarılan məhkəmə qərarını ləğv etməklə? Budur hüquqi, demokratik dövlət?
Bütün dövlət orqanlarına “dövlətin adından çıxarılan məhkəmə qərarını borclu pensiya orqanının ləğv edib-edə bilməməsi” haqqında sorğu verən tələbkar qaziyə anında Milli Məclis (şöbə müdiri Adil Vəliyev) cavab verib ki, heç bir hal qanuni qüvvəyə minmiş məhkəmə qərarını ləğv etməyə, dəyişməyə əsas ola bilməz. Hətta bu barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarını da diqqətə çatdıran MM-dən özgə sorğuya cavab verən olmayıb. Ombudsman Aparatının rəhbəri, Aydın Səfixanlı isə insan hüquqları üzrə müvəkkilin sorğu müraciətlərinə baxmaq səlahiyyətinin olmadığını (?- M.B.) bildirib.
Ombudsmana “ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununun 1.9 maddəsi əsasında şikayət verdikdə isə qanuna zidd olaraq şikayət barəsində şikayət edilən DSMF-in özünə göndərilib və oradan alınan vurğuladığımız cavab – qanun maddəsinin məhkəmə qərarını ləğv etməsi absurdluğu Konstitusiya aktı kimi sırınıb. Ombudsman haqqında Konstitusiya Qanununun 1.9 maddəsində isə ombudsmanın məhkəmələrdə süründürməçilik, məhkəmə qərarlarının VAXTINDA icra olunmamasına dair pozulmuş insan hüquqları barədə şikayətlərə baxmaq hüququnun olması yazılıb. Bəs niyə ombudsman məhkəmə qərarının icrasının özbaşına dayandırılması haqqında şikayətə baxmır? Belə bəlli olur ki, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı şikayətləri Ombudsmandan gizlədir, özü barəsində şikayət edilən qurumlarla qeyri-prosessual münasibətə girib, Konstitusiyaya hörmətsizlik sərgiləyir ?! “Hörmətli” hörmətsizliyə baxın, aparat rəhbəri məhkəmə qərarının icrasının dayandırılmasına haqq qazandırır ki, borclu DSMF 2 dəfə yazıb ki, məhkəmə qərarı 2021-ci ilə kimi icra olunub və həmin ildə qanunun ləğv olunması ilə tələbkara artıq 3188 manat ödənilib. Belə hüquq qorunur? Ombudsman Aparatının Konstitusiyadan xəbəri yixdur? Bəlkə Konstitusiyanı da borclu DSMF-in pensiya filialı özünün və Ombudsman Aparatının, prokurorluq, dövlət orqanlarının “cibi”nə uyğun dəyişdirib? Suala cavab vermək ali dövlət hakimiyyəti orqanlarının görəv borcudur.
Yeni seçilən prezident, daha doğrusu, prezident yenidən seçiləndə Konstitusiyanın özbaşına məmur, ombudsman “cibləri”nə uyğun dəyişməsinə son qoyacaqmı? Çətin sualdır, debatda prezidentin vəkillərinin cavablandırması təhlükəlidir.


Məğrur Bədəlsoy