Bakıda güclü zəlzələ oldu

Bakıda bir qədər əvvəl güclü zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, zəlzələ paytaxtla yanaşı bir neçə rayonda da hiss olunub.

Təxminən saat 08:16 radələrində baş verən zəlzələ ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Zəlzələnin təsiri ilə bağlı sosial şəbəkələrdə də xeyli sayda paylaşım edilir.

***

Respublika Seysmoloji Xidmət Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, ilkin məlumata əsasən, Azərbaycan ərazisində zəlzələ baş verib.

Yerli vaxtla 08:16-da baş verən zəlzələ 5.6 bal gücündə qeydə alınıb. Zəlzələnin ocağı Xəzər dənizində yerləşib.