İctimai fəal narkotik ittihamı ilə saxlanıb

DİN-dən deyilənlər…

Daxili İşlər Nazirliyindən (DİN) “Turan” İlhamiz Quliyevin narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilməsini təsdiqləyiblər: “Vətəndaş Quliyev İlhamiz bir qrup şəxslə əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir”.

Bunu DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. Onun sözlərinə görə, İ.Quliyevin əvvəllər daxili işlər orqanlarında xidmət etməsi ilə bağlı iddialar əsassızdır: “O, heç vaxt polis əməkdaşı olmayıb”.

İ.Quliyevin saxlanarkən döyülməsi ilə bağlı deyilənlərə DİN-dən cavab almaq mümkün olmayıb.

Azadlıq radiosu