Azərbaycanda TikTok-a məhdudiyyət götürülüb

Azərbaycan ərazisində TikTok sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş məhdudiyyət oktyabrın 31-dən aradan qaldırılıb.

Bu barədə məlumatları “Turan”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətindən də təsdiqləyiblər.

Azərbaycanda TikTok sosial şəbəkəsinin fəaliyyətinə məhdudiyyət sentyabrın 19-da tətbiq olunmuşdu. Rəsmi səbəbi açıqlanmasa da, ekspertlər bunu onda Qarabağda keçirilən hərbi əməliyyatlarla izah etmişdilər.

Azadlıq radiosu