Rusiya “Talış-Muğan Respublikasını” necə dəstəkləyir?

Sübhan Həsənli

Nəzakət Məmmədova haqqında çıxarılan həbs qətiimkan tədbirindən sonra 274-cü maddəylə bağlı məhkəmə işlərini diqqətimi cəlb etdi.

Xüsusilə bir iş var ki, onu oxuyanda başa düşürsən ki, Rusiya Federasiyası Xüsusi Xidmət orqanlarının birbaşa marağı olub ki, Azərbaycanda etnik zəmində qarşıdurma yaransın. Lənkəran Ağır Cinayətlər məhkəməsində 24.07.2023-cü il tarixdə bir vətəndaş haqqında Hökm çıxarılır.

Araşdırmalara görə, bu adam İran İslam Respublikasının Astara şəhərində olarkən özlərini ona “Hacı Əkbər” və “Seyid” adı ilə təqdim edən həmin ölkənin xüsusi xidmət orqanı olan İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndələri tərəfindən maddi maraq müqabilində “Babək” təxəllüsü verilməklə məxfi əməkdaşlığa cəlb edilərək onlarla əməkdaşlıq etmənin forma və metodları, yəni görüşmək, əlaqə saxlamaq, məlumatları təqdim etmək və sair qaydalar barədə təlimatlandırılmışdır.

Məsələnin daha maraqlı hissəsi isə bundan sonra başlayır. Bəlli olur ki, bu prosess heç də İrandan başlamayıb.

Bu adam 2015-ci ildə Rusiyaya gedib və orada bir dostunun təklifi ilə, Rusiya Xüsusi Xidmət orqanından Maksim adlı şəxslə görüşüb. Həmin vaxt Maksim ona Lənkəranın coğrasiyası, talışların vəziyyəti və.s barədə suallar verib. Ümumilikdə ruslarla 9 dəfə görüşüb və Ruslar bu adama təkidlə deyiblər ki, qayıt partiya yarat biz dəstək olacağıq sənə. Adam həm İran həm Rusiya kəşfiyyatı ilə işləyib və ikisinin bir-birindən xəbəri olub. Məhkəmə işində deyilir ki, İranlılar iqtisadi-siyasi həyata maraq göstəriblər amma Ruslar üçün maraqlı olan ancaq Talış-Muğan Respublikasının yaradılması ideyası olub. Adama 18 il iş veriblər.