Separatçı rejimin daha bir keçmiş rəhbəri Arayik Arutyunyan da saxlanılıb

Separatçı rejimin daha bir keçmiş rəhbəri Arayik Arutyunyan da saxlanılıb.

*   *   *

2023 Oktyab 03 (Çərşənbə axşamı) 20:05:50

Separatçıların liderləri saxlanılıb /YENİLƏNİB/

Rəsmi mənbələr  Arkadi Qukasyanın , Bako Saakyanın və  David İşxanyanın saxlanıldığı haqqında məlumat təsdiq edir.   *   *

2023 Oktyab 03 (Çərşənbə axşamı) 17:46:09

Separatçıların liderləri saxlanılıb?

Bakı/03.10.23/Turan: Ermənistan və Azərbaycan mətbuatı Qarabağdakı separatçı rejimin keçmiş rəhbərləri Arkadi Qukasyanın (1997-2007) və Bako Saakyanın (2007-2020), habelə sonuncu “parlament sədri” daşnak David İşxanyanın saxlanıldığı haqqında məlumat yayıb. Onların artıq Bakıya gətirildiyi iddia olunur.

Lakin Azərbaycanın rəsmi mənbələri hələlik bu məlumatı təsdiq etməyib.

Contact.az