Ruben Vardanyan saxlanılıb

Ermənistan Vardanyanla bağlı məhkəməyə müraciət edib

Ermənistan hökuməti “Qarabağın keçmiş dövlət naziri” kimi təqdim olunan rusiyalı milyarder Ruben Vardanyanın müdafiəsi məsələsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib.

Hökumətin sözçüsü Asmik Samvelyan bu barədə deyib: “Biz ayrıca olaraq Bakıdan Vardanyanın saxlandığı yer və sağlıq durumu barədə məlumat tələb etmişik”.

***

Tanınmayan “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyan sentyabrın 27-də “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda bildirilir ki, o, DSX əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. “Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib”, – məlumatda vurğulanır.

Azadlıq radiosu