Yeni qaydalar sürücülərin icbari sığorta xərclərini 60 faiz artırıb

Ötən ilin noyabrından bəri Azərbaycanda avtomobillərin icbari sığortasına dair tariflərin hesablanma qaydaları dəyişib. Həmin vaxtadək sığorta haqları hesablanarkən, əsasən, avtomobilin mühərrik həcmi və sürücünün tarixçəsi nəzərə alınırdı. Yeni qaydalar bir sıra başqa halların da qiymətə təsirinə yol açıb.

Yeni dəyişikliyə görə, təməl sığorta haqqı – 50 manat öncəki kimi qalsa da, risk səviyyəsi baxımından ona yaş və sürücülük təcrübəsi üçün 1.05-1.35 intervalında əmsallar tətbiq edilməyə başlanıb.

Qiymətlərə təsir edəcək digər bir risk amili nəqliyyatın intensivliyi ilə bağlıdır. Yeni dəyişikliklərə görə, Bakıda sığorta tarifləri hesablanarkən 1.1; Sumqayıt və Abşeronda 1.05; digər bölgələrdə isə 0.95 əmsal tətbiq edilir. Başqa deyimlə, Abşeron yarımadasındakı sürücülər bölgələrdəki sürücülərlə müqayisədə daha çox sığorta haqqı ödəyəcəklər. Bu, həmin ərazilərdə yol-nəqliyyat olaylarının daha çox olması və nəqliyyat vasitələrinin daha sıx və aramsız hərəkəti ilə əlaqələndirilir.

Azadlıq radiosu