Xocalıda 18, Şuşada 10, Xankəndində 1 yaşayış məntəqəsi olacaq

İqtisadçı alim Qubad İbadoğlu

10-cu yazı (Xocalı rayonu, Şuşa rayonu və Xankəndi şəhəri)
Xocalı rayonunda 18, Şuşa rayonun 10, Xankəndində 1 yaşayış məntəqəsi olacaq. Onların siyahısını təqdim edirəm:

Xocalı rayonu
(Yalnız Çanaqçı, Sığnaq bizdədir)

  1. Çanaqçı (Çanaqçı, Sığnaq)
  2. Qarabulaq (Qarabulaq, Dəmirçilər, Mədətkənd, Quşçubaba)- 4
  3. Dağyurd (Dağyurd) -1
  4. Qızıloba (Qızıloba, Yuxarı Yemişcan, Xaçmaç, Aşağı Yemişcan) – 5
  5. Harov (Harov, Dağdağan) – 2
  6. Şuşikənd (Şuşikənd, Daşkənd, Muxtar) – 3
  7. Kosalar (Kosalar, Başkənd, Yalobakənd, Cavadlar, Canhəsən) – 5
  8. Cəmilli (Cəmilli, Xanyurdu) – 2
  9. Ballıca (Ballıca, Mehdibəyli) -2
  10. Meşəli (Meşəli) – 2
  11. Daşbulaq (Daşbulaq, Qayabaşı, Badara, Xanyeri) – 4
  12. Almalı (Almalı, Qarakötük, Qışlaq, Şəlvə, Seyidbəyli, Ulubaba) – 6
  13. Pirlər (Pirlər, Daşbaşı, Fərrux) – 3
  14. Xanabad (Xanabad, Sərdarkənd, Təzəbinə) – 3
  15. Əsgəran q. (Əsgəran, Aşağı Qılıçbağ) – 2
  16. Xocalı ş. (Xocalı ş., Təzəbinə) – 2
  17. Naxçıvanlı (Naxçıvanlı, Ağgədik, Pircamal) – 3
  18. Aranzəmin (Aranzəmin, Ağbulaq, Dəhrəz) – 3

Şuşa rayonu
(Yalnız Şuşa və Daşaltı bizdədir)

  1. Şuşa ş. (Şuşa ş.)
  2. Daşaltı (Daşaltı)
  3. Zarıslı (Zarıslı, Nəbilər)
  4. Turşsu q. (Turşsu)
  5. Böyük Qaladərəsi (Böyük Qaladərəsi, Göytala, Kiçik Qaladərəsi, Onverst, Sarıbaba)
  6. Xanalı (Xanalı, Cəmillər, İmamqulular, Səfixanlar, Xanlıqpəyə, Həsənabad, Həsənqulular)
  7. Şırlan (Şırlan, Çaykənd, Turabxan, Məmişlər, Paşalar, İmanlar)
  8. Xəlfəli (Xəlfəli, Qaybalı, Şuşulu, Mirzələr, Armudlu, Allahqulular, Zamanpəyəsi, Dükanlar, Laçınlar, Nağılar, Xudaverdilər, Qarabulaq)
  9. Malıbəyli (Malıbəyli, Aşağı Quşçular, Yuxarı Quşçular)

Xankəndi şəhəri

Cəmi: 2 yaşayış məntəqəsi
(İşğaldadır)

  1. Xankəndi ş. (Xankəndi ş., Kərkicahan) – 2

Xatırladım ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.1. maddəsinə görə “İnzibati ərazi vahidləri qeydə alındıqda, birləşdikdə, inzibati tabeliyi dəyişdirildikdə, onlara ad verildikdə və ya adları dəyişdirildikdə hər bir ərazi vahidinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini təmin edən yığıncaq (yığıncaqlar) keçirilir.”
Qanunun 13-2.2. maddəsinə görə, “Yığıncaqda (yığıncaqlarda) iştirak etmiş vətəndaşların yarısından çoxu ərazi vahidinin qeydə alınmasının, birləşməsinin, inzibati tabeliyinin dəyişdirilməsinin, ərazi vahidinə ad verilməsinin və ya onun adının dəyişdirilməsinin “lehinə” səs verdikdə müvafiq qərar qəbul edilir.”
Qarabağ erməniləri ilə infrastruktur və digər məsələlərin müzakirəsinə hazır olduğunu bəyan edən Azərbaycan hakimiyyəti təəssüf ki, eyni yanaşmanı məcburi köçkünlərə münasibətdə sərgiləmir, azərbaycanlılarla nə yaşayış məntəqələrinin birləşdirilməsi, nə də mülkiyyət hüquqlarının bərpası barədə müzakirələr aparılmır.