Kəlbəcərdə 147 yaşayış məntəqəsindən 63-ü qalacaq

İqtisadçı alim Qubad İbadoğlu

8-ci yazı (Kəlbəcər rayonu)

Kəlbəcər rayonunda işğaladək mövcud olan 147 yaşayış məntəqəsindən 63-ü qalacaq. Onların siyahısını təqdim edirəm:

  1. Kəlbəcər ş. (Kəlbəcər ş., Boyaqlı) – 2
  2. Keşdək (Keşdək) -1
  3. İmanbinəsi (İmanbinəsi, Tatlar) – 2
  4. Zar (Zar, Bəzirxana) – 2
  5. Çıraq (Çıraq, Tövlədərə) – 2
  6. İstisu q. (İstisu q.) – 1
  7. Dalqılınclı (Dalqılınclı, Otqışlaq, Kaha, Alolar, Barmaqbinə, Dərəqışlaq) – 6
  8. Otaqlı (Otaqlı) – 1
  9. Çəpli (Çəpli, Susuzluq) – 2
  10. Yanşaq (Yanşaq, Yanşaqbinə) – 2
  11. Zallar (Zallar, Qasımbinəsi) – 2
  12. Qamışlı (Qamışlı, Bağırsaq) – 2
  13. Nadirxanlı (Nadirxanlı, Pirilər) – 2
  14. Qılınclı (Qılınclı, Alçalı, Quzeyçirkin) – 3
  15. Çaykənd (Çaykənd, Kəndyeri) – 2
  16. Məmmədsəfi (Məmmədsəfi) – 1
  17. Zivel (Zivel) – 1
  18. Mollabayramlı (Mollabayramlı) – 1
  19. Dəmirçidam (Dəmirçidam) – 1
  20. Cəmilli (Cəmilli) – 1
  21. Seyidlər (Seyidlər) – 1
  22. İlyaslar (İlyaslar) – 1
  23. Qanlıkənd (Qanlıkənd) – 1
  24. Bağırlı (Bağırlı, Keşişkənd) – 2
  25. Vəng (Vəng) – 1
  26. Comərd (Comərd, Tağılar, Nəcəfalı) – 3
  27. Almalıq (Almalıq, Böyükdüz, Nəbilər, Laçın k) – 4
  28. Günəşli (Günəşli, Ağbulaq) – 2
  29. Abdullauşağı (Abdullauşağı, Ağyataq, Fətallar, Moz, Mozqaraçanlı) – 5
  30. Zülfüqarlı (Zülfüqarlı, Qaragüney) – 2
  31. Əsrik (Əsrik, Çobangərəhməz, Çorman) – 3
  32. Ağcakənd (Ağcakənd, Oruclu) – 2
  33. Tirkeşəvənd (Tirkeşəvənd, Alıbəyli, Qalaboyun, Qaraxançallı, Qazıxanlı, Zərqulu) – 6
  34. Xallanlı (Xallanlı, Çovdar, Şahkərəm, Alırzalar) – 4
  35. Başlıbel (Başlıbel) – 1
  36. Hacıkənd (Hacıkənd, Başkənd) – 2
  37. Milli (Birinci Milli, İkinci Milli, Üçüncü Milli) – 3
  38. Şaplar (Şaplar, Məmməduşağı) – 2
  39. Qaraçanlı (Aşağı Qaraçanlı, Baş Qaraçanlı, Orta Qaraçanlı, Xoləzəy) – 4
  40. Soyuqbulaq (Soyuqbulaq) – 1
  41. Şurtan (Aşağı Şurtan, Orta Şurtan, Yuxarı Şurtan, Hacıdünyamalılar) – 4
  42. Zəylik (Zəylik, Hopurlu, Şeyinli) – 3
  43. Yellicə (Yellicə, Armudlu) – 2
  44. Həsənlər (Həsənlər, Təkdam) – 2
  45. Ayrım (Aşağı Ayrım, Yuxarı Ayrım) – 2
  46. Daşbulaq (Daşbulaq, Allıkənd, Böyürbinə, Günəşqaya) – 4
  47. Qasımlar (Qasımlar, Ağdaş, Mişni, Rəhimli) – 4
  48. İstibulaq (İstibulaq, Göydərə) – 2
  49. Lev (Lev) – 1
  50. Təkəqaya (Təkəqaya, Bozlu) – 2
  51. Babaşlar (Babaşlar) – 1
  52. Sarıdaş (Sarıdaş, Güneypəyə) – 2
  53. Ağdaban (Ağdaban, Çayqovuşan) – 2
  54. Bağlıpəyə (Bağlıpəyə, Çərəkdar) – 2
  55. Mərcimək (Mərcimək, Ağqaya) – 2
  56. Keçiliqaya (Keçiliqaya) – 1
  57. Zağalar (Zağalar, Narınclar, Təzəkənd) – 3
  58. Taxtabaşı (Taxtabaşı, Yenikənd) – 2
  59. Qozlu (Qozlu, Kərəmli, Çopurlu, Qozlukörpü) – 4
  60. Həsənriz (Həsənriz) – 1
  61. Yuxarı Oratağ (Yuxarı Oratağ, Qızılqaya, Yayıcı) – 3
  62. Çıldıran (Çıldıran, Dəvədaşı, Heyvalı, Mehmana) – 4
  63. Vəngli (Vəngli, Bazarkənd, Çormanlı, Damğalı, Dovşanlı, Hayad, Kolatağ, Şahmansurlu) – 8

Xatırladım ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.1. maddəsinə görə “İnzibati ərazi vahidləri qeydə alındıqda, birləşdikdə, inzibati tabeliyi dəyişdirildikdə, onlara ad verildikdə və ya adları dəyişdirildikdə hər bir ərazi vahidinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini təmin edən yığıncaq (yığıncaqlar) keçirilir.”
Qanunun 13-2.2. maddəsinə görə, “Yığıncaqda (yığıncaqlarda) iştirak etmiş vətəndaşların yarısından çoxu ərazi vahidinin qeydə alınmasının, birləşməsinin, inzibati tabeliyinin dəyişdirilməsinin, ərazi vahidinə ad verilməsinin və ya onun adının dəyişdirilməsinin “lehinə” səs verdikdə müvafiq qərar qəbul edilir.”
Qarabağ erməniləri ilə infrastruktur və digər məsələlərin müzakirəsinə hazır olduğunu bəyan edən Azərbaycan hakimiyyəti təəssüf ki, eyni yanaşmanı məcburi köçkünlərə münasibətdə sərgiləmir, azərbaycanlılarla nə yaşayış məntəqələrinin birləşdirilməsi, nə də mülkiyyət hüquqlarının bərpası barədə müzakirələr aparılmır.