Qubadlıda 91 yaşayış məntəqəsindən 24-ü qalacaq

İqtisadçı alim Qubad İbadoğlu

6-ci yazı (Qubadlı rayonu)

Qubadlı rayonunda işğaladək mövcud olan 85 (bəzi mənbələrdə 91) yaşayış məntəqəsindən 24-ü qalacaq. Onların siyahısını təqdim edirəm:

  1. Qubadlı ş. (Qubadlı ş., Dəmirçilər, Dondarlı, Mirlər) – 4
  2. Muradxanlı (Muradxanlı, Həkəri, İşıqlı, Xəndək) – 4
  3. Balasoltanlı (Balasoltanlı, Padar, Qaraimanlı, Mərdanlı, Xocik) – 5
  4. Həmzəli (Həmzəli, Çaytumas, Əfəndilər, Yusifbəyli) – 4
  5. Xanlıq (Xanlıq) – 1
  6. Mahruzlu (Mahruzlu, Alaqurşaq, Muğanlı) – 3
  7. Zilanlı (Zilanlı, Kürd Mahruzlu, Seləli) – 3
  8. Hal (Hal, Ballıqaya, Məmər, Mollalı) – 4
  9. Diləli Müskənli (Diləli Müskənli, Saray, Qəzyan) – 3
  10. Mahmudlu (Mahmudlu) – 1
  11. Qaracallı (Qaracallı, Qarakişilər, Sarıyataq, Qarağac) – 4
  12. Mollu (Aşağı Mollu, Yuxarı Mollu, Mollabürhan) – 3
  13. Qaralar (Qaralar, Hüseynuşağı, Kavdadıq) – 3
  14. Ulaşlı (Ulaşlı, Altınca, Əbilcə) – 3
  15. Xocahan (Xocahan, Tinli, Qilican, Qaraqoyunlu, Tatar, Qiyaslı) – 6
  16. Çərəli (Çərəli, Boyunəkər, Saldaş) – 3
  17. Fərcan (Fərcan, Göyyal, Hərtiz) – 3
  18. Poladlı (Poladlı, Yuxarı Xocamsaqlı, Mehrili, Aşağı Xocamsaqlı, Zor) – 5
  19. Çardaqlı (Çardaqlı, Əyin, Tarovlu, Xələc) – 4
  20. Göyərcik (Bəxtiyarlı, Göyər Abbas, Aşağı Cibikli, Xallava, Yuxarı Cibikli, Göyərcik) – 6
  21. Novlu (Novlu, Davudlu, Eyvazlı, Gürcülü, Qədili, Məzrə, Cılfır, Seytas) – 8
  22. Teymur Müskənli (Teymur Müskənli, Məlikəhmədli, Xıdırlı, Əliquluuşağı, Qundanlı, Balahəsənli) – 6
  23. Qayalı (Qayalı, Abdalanlı, Ləpəxeyranlı) – 3
  24. Başarat (Başarat, Deşdahat, Milanlı, Hat, Armudlu) – 5
    Xatırladım ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.1. maddəsinə görə “İnzibati ərazi vahidləri qeydə alındıqda, birləşdikdə, inzibati tabeliyi dəyişdirildikdə, onlara ad verildikdə və ya adları dəyişdirildikdə hər bir ərazi vahidinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini təmin edən yığıncaq (yığıncaqlar) keçirilir.”
    Qanunun 13-2.2. maddəsinə görə, “Yığıncaqda (yığıncaqlarda) iştirak etmiş vətəndaşların yarısından çoxu ərazi vahidinin qeydə alınmasının, birləşməsinin, inzibati tabeliyinin dəyişdirilməsinin, ərazi vahidinə ad verilməsinin və ya onun adının dəyişdirilməsinin “lehinə” səs verdikdə müvafiq qərar qəbul edilir.”
    Qarabağ erməniləri ilə infrastruktur və digər məsələlərin müzakirəsinə hazır olduğunu bəyan edən Azərbaycan hakimiyyəti təəssüf ki, eyni yanaşmanı məcburi köçkünlərə münasibətdə sərgiləmir, azərbaycanlılarla nə yaşayış məntəqələrinin birləşdirilməsi, nə də mülkiyyət hüquqlarının bərpası barədə müzakirələr aparılmır.