Laçında 128 yaşayış məntəqəsindən 45-i qalacaq

İqtisadçı alim Qubad İbadoğlu

7-ci yazı (Laçın rayonu)

Laçın rayonunda işğaladək mövcud olan 128 yaşayış məntəqəsindən 45-i qalacaq. Onların siyahısını təqdim edirəm:

  1. Qoşasu (Qoşasu, Alxaslı, Qaraçanlı, Katos, Ağcakənd, Alpout, Bülövlük) – 7
  2. Daşlı (Daşlı, Hətəmlər) – 2
  3. Vəlibəyli (Vəlibəyli, Narışlar) – 2
  4. Şəlvə (Şəlvə, İmanlar) – 2
  5. Hacıxanlı (Hacıxanlı, Budaqdərə, Qovuşuq) – 3
  6. Qorçu (Qorçu, Zağaltı, Oğuldərə, Ağalaruşağı, Qarabəyli, Lolabağırlı, Korcabulaq) – 7
  7. Ərikli (Ərikli, Qarasaqqal) – 2
  8. Kürdhacı (Kürdhacı, Hacısamlı) – 2
  9. Pircahan (Pircahan, Alıqulu, Seyidlər) – 3
  10. Mığıdərə (Mığıdərə, Suarası, Xanalılar, Dəyirmanyanı, Malxələf, Mazutlu, Məlikpəyə, Tərxanlı, Baldırğanlı, Dəyhan) – 10
  11. Səfiyan (Səfiyan, Aşağı Fərəcan, Türklər, Yuxarı Fərəcan) – 4
  12. Güləbird (Güləbird) – 1
  13. Quşçu (Quşçu, Qılınclı) – 2
  14. Mirik (Mirik) – 1
  15. Bozlu (Bozlu, Qalaça) – 2
  16. Əhmədli (Əhmədli) – 1
  17. Minkənd (Minkənd) – 1
  18. Kamallı (Kamallı, Çıraqlı) – 2
  19. Qarakeçdi (Qarakeçdi) – 1
  20. Şeylanlı (Şeylanlı) -1
  21. Ağbulaq (Ağbulaq) -1
  22. Dambulaq (Dambulaq, Kaha) – 2
  23. Nağdalı (Nağdalı, Ələkçi) – 2
  24. Şamkənd (Şamkənd, Bozdağan) – 2
  25. Çorman (Çorman, Köhnə Çorman) – 2
  26. Piçənis (Piçənis, Ağcayazı, Xaçınyalı) – 3
  27. Bozgüney (Bozgüney, Kalafalıq, Vağazin) – 3
  28. Ərdəşəvi (Ərdəşəvi, Haqnəzər, Təzəkənd) – 3
  29. Bülüldüz (Bülüldüz, Ayıbasar, Birinci İpək) – 3
  30. Zerti (Zerti, Birinci Tığik, İkinci Tığik, Xırmanlar, Sarıbaba) – 5
  31. Laçın ş. (Laçın ş., Qarıkaha, Qayğı) – 3
  32. Fətəlipəyə (Fətəlipəyə, Ərəb, Kəravuz, Unannovu, Turşsu, Ağanus) – 6
  33. Köhnəkənd (Köhnəkənd, Alıcan, Çəmbərəkənd, Əyrik, İrçan, Qışlaq, Xumarta) – 7
  34. Cicimli (Cicimli, Aşağı Cicimli, Qazıdərə) – 3
  35. Zabux (Zabux, Bəylik, Qızılca, Sus) – 4
  36. Cağazur (Cağazur) – 1
  37. Malıbəy (Malıbəy, Avazlar, Uludüz, Hüsülü, Ağoğlan, Ziyrik) – 6
  38. Hoçaz (Hoçaz, Mollalar) – 2
  39. Mişni (Mişni) – 2
  40. Sonasar (Sonasar, Soyuqbulaq, Mayis) – 3
  41. Qaraqışlaq (Qarıqışlaq, Zeyvə) – 2
  42. Hacılar (Hacılar, Sadınlar) – 2
  43. Fərraş (Fərraş, Nurəddin) – 2
  44. Arduşlu (Arduşlu) – 1
  45. Qozlu (Qozlu, Fingə) – 2

Xatırladım ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.1. maddəsinə görə “İnzibati ərazi vahidləri qeydə alındıqda, birləşdikdə, inzibati tabeliyi dəyişdirildikdə, onlara ad verildikdə və ya adları dəyişdirildikdə hər bir ərazi vahidinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini təmin edən yığıncaq (yığıncaqlar) keçirilir.”
Qanunun 13-2.2. maddəsinə görə, “Yığıncaqda (yığıncaqlarda) iştirak etmiş vətəndaşların yarısından çoxu ərazi vahidinin qeydə alınmasının, birləşməsinin, inzibati tabeliyinin dəyişdirilməsinin, ərazi vahidinə ad verilməsinin və ya onun adının dəyişdirilməsinin “lehinə” səs verdikdə müvafiq qərar qəbul edilir.”
Qarabağ erməniləri ilə infrastruktur və digər məsələlərin müzakirəsinə hazır olduğunu bəyan edən Azərbaycan hakimiyyəti təəssüf ki, eyni yanaşmanı məcburi köçkünlərə münasibətdə sərgiləmir, azərbaycanlılarla nə yaşayış məntəqələrinin birləşdirilməsi, nə də mülkiyyət hüquqlarının bərpası barədə müzakirələr aparılmır.