İran ABŞ-ı nüvə danışıqlarını yubatmaqda ittiham edir

Kənaninin sözlərinə görə, İran legitim hüquqlarını qoruyacaq davamlı razılaşma istəyir

Avropanın baş diplomatı Jozep Borrel bu həftə nüvə sazişinin bərpası üzrə əlavə danışıqların keçirilə biləcəyini deyib.

“Ötən həftənin sonuna Vyanaya görüş planlaşdırılmışdı, ancaq alınmadı. Bu həftə keçirilməsi mümkündür”, – Borrel avqustun 22-də İspaniyada mətbuat konfransında söyləyib.

Diplomat İranın sazişlə bağlı yekun təkliflərə cavabının Birləşmiş Ştatlara ötürüldüyünü, Vaşinqtonun hələlik, rəsmi cavab vermədiyini bildirib.

“Onların cavabını gözləyirik və ümid edirəm ki, cavab bizə danışıqları bitirməyə imkan verəcək”, – Borrel vurğulayıb.

Azadlıq radiosu