“I vitse” geyimə nə qədər xərcləyir? FOTOFAKT

JURNALIST ARAŞDIRMASI

Biz təxmini hesablamalar əsasında Mehriban Əliyevanın aylıq xərcinin yarım milyon avroya gəlib çıxdığını yazanda, bəziləri bunun şişirtmə olduğunu deyirdi. Amma zəhrimar faktlar yaman şeydir, kimin yalan, kimin doğru dediyini tezcə tapıb qoyur ortaya.

Bu dəfə, Avropada yaşayan araşdırmacı-bloqqerlər Mehriban Əliyevanın geyimini detallarına gədər təhlil ediblər. Dünyanın ən bahalı brendlərinə düşkün olan birinci ledi hansı markalardan geyinir, bilirsiniz. “ Roberto Cavalli Resort”,“Monique Lhuillier”, “Giuseppe Zanotti”, “Tiffany & Co”,“Balmain”, “Alexander McQueen”, “Herve Leger”,“Dolce&Gabbana”. Ordakı qiymətləri də hamı bilir. Bilməyən də internetə girib araşdıra bilər. Keçən dəfə yazmışdıq, Əliyeva və qızlarının daşıdığı brilyant qaşlı “Hermes Blue Dimond Croc” çantasının qiyməti 160,000 dollardır. Təkcə bir çanta! İndi isə “Made in Azerbaijan” səhifəsinin araşdırdığı geyim və aksessuarların qiymətlərinə baxaq! Araşdırma konkret geyim modelləri əsasında aparılıb və şəkillərlə təqdim olunub. Beləliklə, ilk şəkildə birinci ledinin “Dolce Gabbana”dan olan sırğaları, “TOM FORD”dan olan eynəyi, “GARVEN”dən olan yubkası, “GIVENCHY”dən olan çantası, “Malone Souliers”dən olan ayaqqabısı birlikdə 12 min avrodan çoxdur. İkinci şəkildə “MARİA TASH”dan olan sırğaların, ”BVLGARI”dən olan eynəyin, “MISOONI”dən olan yubkanın, “CELİNE”dən olan çantanın, “ PRADA”dan olan ayaqqabının, ümumi qiyməti 10 min avrodan çoxdur. Üçüncü şəkildə,  ”BVLGARI”dən olan eynəyin, “TIBI”dan olan yubkanın, “DİOR”dan olan çantanın, “TOM FORD”dan olan ayaqqabının qiyməti 5000 avrodan çoxdur. Dördüncü şəkildə, “LINDA FARROW”dan olan eynəyin, “PhlilipLim”dən olan köynəyin, “ DJULA Joaillerie”dən olan boyunbağının, “HERMES PARİS”dən olan saatın, “FENDİ”dən olan çantanın, “DİOR”dan olan ayaqqabının ümumi qiyməti 10 min avrodan çoxdur. Bundan başqa, onun ”BVLGARI”dən olan üzüklərinin qiyməti 2.250,00 və 1.610,00 avrodur. 

Gördüyünüz kimi, Mehriban Əliyevanın şöhrətpərəstliyi sərhəd tanımır. Axı xanım “ilin şöhrətpərəsti” nominasiyasını elə-belə qazanmayıb. Qadın bəs demədən dünyanın ən bahalı geyimlərinin onda olmasını istəyir. Deyəsən dünyanın bəzi media vasitələrində onun moda ikonu kimi təqdim olunması da xoşuna gəlir. Hələ hakimiyyət mediası arada birinci ledinin gözəl geyim tərzini öyə-öyə məddahlıq da edir. “Birinci ledi gözəl geyinir” deyənlər, alsın bu geyimlərin qiymətinə də baxsın. Bu qədər pulu kimin geyiminə xərcləsən, gözəl görünməz ki? Mehriban Əliyeva axı top-model yox, Ali Baş Komandan olmaq istəyir! Bir baxaq düşmən ölkənin birici ledisi Paşinyan necə qeyinir və müqayisə edək! Ən önəmlisi, hardandır bu pullar? Bu dəhnənin suyu hardan gəlir belə dayanmadan? Təbii, xalqın cibindən. Bəli, Əliyevanın əynindəki lüks geyimlərin pulu məhz  xalqdan oğurlanmış pullardır. Qidasızlıqdan boy atmayan uşaqların, imkansızlıqdan xəstəlik tapan təqaüdçülərin, universiteti yarımçıq qalmış gənclərin, səngərdə donan əsgərin haqqıdır o pullar. Hamımızın büdcəsindən kəsilən pullardır. İnsan nədən bu qədər görməmiş, qəddar və insafsız olsun ki? Bir çantaya 160 min dollar ödəmək hansı harınlığın, hansı insafsızlığın məhsuludur? Təsəvvür  edirsinizmi, hələ bu qadın ölkənin prezidenti olmaq, baş komandan səlahiyyətini üstünə götürmək istəyir. Geyim-keciminə ayda 450 min avro xərcləyən baş komandana övladınızı əmanət edərsinizmi?