Oqtay Gülalıyev AŞPA məruzəçisi ilə görüşdü

AŞ PA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi, Bakıda səfərdə olan Sunna Thorhildur Evarsdottir sentyabrın 5-də hüquq müdafiəçisi, Milli Şura KM üzvü Oqtay Gülalıyevlə görüşüb. Bu barədə hüquq müdafiəçisi feysbukda məlumat paylaşıb.

O.Gülalıyev qeyd edib ki, görüşdə siyasi məhbus problemi müzakirə olunub.

“Xanım məruzəçiyə ölkəmizdə insanların siyasi və saxta motivlərlə şərlənib həbs olunması, təqiblərə və ağır işgəncələrə mətuz qalması, eləcə də Gəncə və Tərtər hadisələri barədə məlumatları bölüşdüm. Səfər müddətində bəzi siyasi məhbuslarla da görüşəcəyini bildirən qonaq bu istiqamətdə obyektiv hesabat hazırlayacağını söylədi. İnanıram ki, məruzəçi xanım ölkəmizdəki siyasi məhbus problemi ilə bağlı obyektiv sənəd hazırlayacaq. Və bu sənəd siyasi motivlərlə həbs olunmuş günahsız şəxslərin azadlığa çıxmasına böyük töhvə verəcək”, – deyə hüquq müdafiəçisi məlumat verib.