Cahangir Hacıyevə yenidən hökm oxundu

Beynəlxalq Bankın keçmiş rəhbəri, bundan öncə 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevə sentyabrın 5-də yenidən hökm oxunub. Bu dəfə o, əvvəlki cəzası da birləşdirilməklə, 16 il 6 ay azadlıqdan məhrum edilib.

2015-ci il dekabrın 4-dən həbsdə olan C.Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4.7 milyard manatlıq mənimsəmədə təqsirli bilinib.

Bu işdə təqsirləndirilən şəxslərdən keçmiş deputat Dünyamin Xəlilova 14 il 6 ay, C.Hacıyevin bacanağı, «Intertobacco» tütün zavodunun sabiq rəhbəri İsmayıl Hidayətzadəyə isə 5 il 6 ay həbs cəzası kəsilib.

Qalan 18 nəfərə isə şərti cəza verilib.

azadliq.org