AXCP fəalı terrorla hədələnib

AXCP fəalı Nicat Abdullazadə siyasi motivlərlə hədə-qorxuya məruz qalıb. Bu barədə onun özü feysbukda məlumat paylaşıb. AXCP fəalı bildirir ki, özünü “Milli fədailər qrupunun başçısı” kimi təqdim edən Fuad Muradov adlı şəxs ona zəng edərək hədələyib, evinə basqın edəcəyini bildirib. N.Abdullazadə hadisəylə bağlı hüquq-mühafizə orqanlarına çağırış edərək tədbir görülməsini istəyib. O, DİN-ə rəsmi müraciət edəcəyini də bildirib.

N.Abdullazadəni terrorla hədələyən F.Muradovun sosial şəbəkədə əlində silahla fotoları da yayılıb.

Image may contain: 1 person

Image may contain: one or more people

Image may contain: 1 person, suit