Göllər gözəli Göygöl…

Təbiətin ecazkar möcüzəsi

Füsunkar mənzərəli Azərbaycan göllərindən söz düşəndə, şübhəsiz ki, ilk olaraq Göygöl göz önünə gəlir. Bənzərsiz gözəlliyi, suyunun şəffaflığı ilə seçilən məşhur Göygöl 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının uçaraq Ağsu çayının qarşısını kəsməsi nəticəsində  yaranmışdır.  

Nadir su incilərindən biri olan Göygöl Gəncə şəhərinin Kəpəz rayonunda 1556 m hündürlükdə yerləşir. Gölün su səthi 80 hektar, ən dərin yeri 95 m-dir. Azərbaycanın ən mənzərəli yerlərindən biri olan Göygölü haqlı olaraq Azərbaycanın incisi adlandırırlar. 

Göygöl Azərbaycanın ən gözəl təbiət muzeyi sayılır. Hələ 1910-12-ci illərdə rusiyalı səyahətçilər bu ərazilərin gözəlliyini görüb, bu haqda çox fikirlər söyləyiblər. 1912-ci ildə rusiyalı səyahətçi Sakalov buranı ziyarət etdikdən sonra, 1913-cü ildə Rusiyada keçirilən təbiətsevərlər və həkimlərin 12-ci qurultayında Göygölün təmiz havası,  gözəlliyi, turizmin inkişafı üçün çox əlverişli olması haqqında məlumat verib və bu barədə müzakirələr aparılıb. 

Göygöl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir. Göygöl  Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. 

Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən qoruq 1965-ci ildə yenidən təşkil edilmişdir. Göygöl Dövlət Təbiət Qoruğu Göygöl rayonunun inzibati ərazisində yerləşir. Ərazisi 6739 hektardır. Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində dəniz səviyyəsindən 1000-3060 m hündürlükdə yerləşir.

Qoruq içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır.

Qoruğun heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq,  dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik və s. göstərmək olar.

Ərazidə məskunlaşan heyvanlardan ikisinin-Şərqi Qafqaz təkəsi və qonur ayının adı Qırmızı kitablara düşmüşdür. Qırmızı kitablarda Göygöldə yaşayan və qorunan farel balığının və bir çox quşların da adı vardır.

Göygöl Dövlət Təbiət Qoruğunun xəzinəsi…

Göygöl Dövlət Təbiət Qoruğunun əsas hissəsi zəngin bitki örtüyünə malikdir. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki örtüklü olub, 80-ə qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaq ağaclardan şərq fıstığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və göstərmək olar. 

2008-ci ildə Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik ərazilərin hesabına sahəsi genişləndirilərək, 12755 ha ərazidə Göygöl Milli Parkı yaradılmışdır. Onun 5094 hektarı meşə, 109 hektarı su, yerdə qalan hissəsi isə açıq və dağ sahələridir. Dağ sahələri xüsusi olaraq çöl heyvanlarının orada yaşaması, onların miqrasiyası üçün nəzərdə tutulmuşdur. Dağ sahələrində ən çox bezuar dağ keçiləri yaşayır. Daha sonra orada dağ kəklikləri, ular, bir neçə Qafqaz tetrası kimi nadir heyvanlar da var. Bu ərazilər Milli Parkla birləşdiriləndə həmin heyvanlar burada mühafizə olunmaq üçün xüsusi qoruq yuvasına salınır.  

Milli Park Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına yaradılmışdır. Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində dəniz səviyyəsindən 1000-3060 metr hündürlükdə yerləşir. Qoruq içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır. 

Bu ərazidə Göygöldən başqa 17 xırda göl də var: Bu 17 göldən 14-nün adı xalq arasında daha çox tanınır, bunlar Maralgöl, Zəli, Qara, Güzcü, 2-ci Zəli gölü, Ördək, Quş, Ayı, Çoban, Turist və s. göllərdir. Adları çəkilən göllərin hər biri özünə məxsus şəkildə gözəl, füsunkar və möcüzəlidir. 

Göygöl təkcə yay aylarında deyil, qışda da çox gözəl olur. Burada hətta qış aylarında xizək sürmək üçün şərait də var. Qış turizminin inkişafı üçün bu ərazilər çox əlverişlidir. Göygöl olduqca zəngin faunaya malikdir və göldə qorunmaqda olan forel balıqları yaşayır. Azərbaycanın digər çay forellərindən xeyli fərqlənən Göygöl fareli öz mənşəyi etibarilə çay forelindən əmələ gəlmişdir. Onların əmələgəlmə tarixi də Göygölün yaranma tarixi ilə bağlıdır. Vaxtilə Gəncədə baş vermiş zəlzələ nəticəsində gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl farelinə çevrilmiş, artıb çoxalmış və bu günə qədər qədər gəlib çatmışdır.

Gözəlliklər məskəni – Göygöl şəhəri

Göygöl şəhəriÿ1819-cu ilÿaprelin 22-dəÿalman kolonistləriÿtərəfindən Yelenendorf adı altında salınıb. “Vikipedia”nın yazdığına görə “Bu icma Azərbaycan ərazisində o dövr üçün ilk böyük yerli olmayan milli icma idi. Tarixi mənbələrdən məlumdur ki, burada 1821-ci ildə ilk dəfə olaraq Isveçrə missionerlərinin köməyi ilə Sinod çağırılmış və bütün alman icmaları üçün Zaqafqaziyanın birinci Ümümkilsə nizamnaməsi qəbul edilmişdir.

1836-cı ildə Yelenendorfda yaşayan sakinlər sırasında 8 nəfər pinəçi, 8 dənizçi, 4 dülgər, 4 dərzi, 7 furqon ustası və s. var idi. Bu dövrün keyfiyyət və əmək mədəniyyəti göstəricilərinə əsasən maraqlı təsərrüfatlardan da bəlli etmək mümkündür. Belə ki, Yelendorfda kolonist Qotlob Koxun rəngsaz emalatxanası yarandıqdan 20 il sonra o, artıq bütün Yelizavetpolun quberniya mərkəzində şöhrət qazanmışdır. Bundan əlavə, Qafqazın bütün sənətkarları icmanın furqon ustalarının yanına axışırdılar. 1869-cu il aprelin 22-də koloniya özünün yaradılmasının 50 illiyini təntənə ilə qeyd etdi. Bu illər ərzində kənd çox sürətlə inkişaf edib dəyişmişdir. 1821-ci ildə köçkünlərin dini xadimi Yahhan Yakob Krans ilk dini ibadətxana açmağa cəhd göstərdi və 1834-cü ildə buna nail oldu. 1842-ci ildə ilk məktəb də tikildi. Bir neçə il sonra 1854-cü il aprelin 24-də Müqəddəs Yohann kilsəsinin təməl daşı qoyuldu. Eyni zamanda, uşaq bağçası və 1890-cı il noyabrın 22-də Yelenendorf peşə məktəbi yaradıldı”. 

Ermənilər Göygöl ərazisində 1896-cı ildən etibarən məskunlaşmağa başlamışlar.ÿQarabağ münaqişəsiÿbaşlayan kimi buradakı ermənilər Göygölün qədim erməni torpağı olduğunu iddia edərək, bu ərazilərin Qarabağ ilə birlikdə Ermənistana verilməsini tələb etmişlər. 1989-cu ildən etibarən burada yaşayan ermənilər qonşu azərbaycanlı kəndlərinə qarşı quldur hücumları etməyə başladılar. Belə vəziyyət 2 il davam etdi. 1991-ci ilin aprel-may aylarında keçirilənÿÇaykənd əməliyyatıÿnəticəsində buradakı bütün qeyri-qanuni silahlı birləşmələr ləğv olundu.

Rayon kimi Göygöl 1930-cu ildə yaradılıb. 1938-ci ilə qədər Nərimanov rayonu olub. 1938-ci ildə rayonÿXanlar Səfərəliyevinÿşərəfinə Xanlar rayonu, Yelenendorf qəsəbəsi isə rayonun mərkəzi Xanlar şəhəri adlandırılmışdır. 2008-ci il aprel ayının 25-də Milli Məclis rayonun Göygöl adlandırılması haqda qərar qəbul etmişdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir