Neftçalada Türk zabitlərinin yazdığı dastan…

Qanlı illərdən qalan izlər

Məlum olduğu kimi, 1918-ci ildə Azərbaycanda baş verən qanlı hadisələr zamanı bu yerlərə qardaş köməyinə gələn minlərlə türk əsgəri şəhid olmuşdur. Həmin şəhidlərdən 9 nəfərinin məzarı da Neftçala rayonunun Seyidlər kəndinin qəbristanlığındadır. 

Burada Qafqaz Islam Ordusunun döyüşçüləri olan şəhid türk zabitləri uyuyur. Onların adları indiyədək kimsəyə məlum olmasa da, burada göstərdikləri qəhrəmanlıqlara tarix şahiddir. Məzarların üzərində ay-ulduz təsvirli sənduqə və onun yanında yeni inşa olunan kompleks də türk qəhrəmanlarının bu torpaqlarda yazdıqları tarixdən xəbər verir.

Tarixi mənbələrdə yazılanlardan məlum olur ki, 1918-ci il iyunÿayında ÿbura 2000 nəfərlik hərbi qüvvə, 12 pulemyot, 6 top, 2 hərbi və 1 nəqliyyat gəmisindən ibarət erməni-rusÿhərbi birləşmələri yeridilmişdi.ÿ Ordunun ÿtərkibi 200 nəfər gəlmə ÿrusdan, 300 nəfər, 1500 nəfər ÿermənidən ibarət idi, qalan 4000 nəfər isə yerli ÿruslardan ÿvə yerli hümmətçilərdən ibarət təşkil olunmuşdu. ÿDaşnak-bolşevik birləşmələri Xəzər dənizindən ÿKür çayıÿ vasitəsi ilə ÿAzərbaycanın içərilərinə doğru irəliləməklə, strateji mənafelərdən çıxış edirdilər. Hərbi-strateji məqsəd bir tərəfdən ÿYevlaxÿ körpüsünün məhv edilməsi, bununla da ÿGəncə ÿvə ÿBakı arasındakı əlaqələrin kəsilməsi, digər tərəfdən isə ÿMuğanın bol ÿtaxıl ÿehtiyatına yiyələnməklə işğalçı qvardiyanı ÿçörəklə təmin etmək idi. Buradakı ilk qanlı döyüşlərÿ Salyan ətrafında -ÿQaraqaşlıda ÿbaş vermişdi.ÿ Qaraqaşlıÿ Xəzərdənÿ Kür boyuuncaÿ Salyanaÿ qədər olan sonuncu məntəqədir. Bunu hesaba alsaq, onda faciənin miqyası, törədilmiş ÿgenosidin ÿəhatə dairəsi xeyli sarsıdıcıdır.ÿ Kür çayına ÿdaxil olma planıÿ əsasında erməni ÿhərbi birləşmələriÿ Bankəÿ- Seyidlər -Uzunbabalıÿ-Tatarməhlə -ÿXıllıÿ-ÿAbasallıÿ- Qaralı – Qəzvinli -Qarabucaqÿ-ÿSurraÿ- Ərəbbəbirxanlı -Cəngənÿ-Qaraqaşlıya ÿqədər hərəkət etmişdilər. Silahlı qaniçənlərlə silahsız yerli əhalinin təkbətək qaldığı ərazilərin adları bunlardır.ÿ1918-ci ilin 27-28 iyunundaÿ Surraÿ ilə ÿQarabucaqÿ arasında çox şiddətli döyüşlər baş vermişdi. Qeyri-bərabər qüvvələrin təmsil olunduğu həmin bu döyüşdə Türk-Azərbaycan hərbi birləşməsi geri çəkilməyə məcbur olmuşdu. Eyni zamanda, bu döyüşdə erməniləriÿ Kür çayındanÿ hərbi gəmilər müşayiət edirdi.ÿ Surra-Qarabucaq məğlubiyyətindən sonra ÿQafqaz Islam Ordusundanÿ bura əlavə qüvvələr cəlb edildi: bir piyada bölüyü, bir pulemyot taqımı və bir dağ topu.ÿQaraqaşlıda ÿmövqe tutan türk bölməsinin tərkibi 40 əsgərdən, 2 Maksim pulemyotundan və 2 topdan ibarət idi.ÿ Avqustun ÿəvvəlində ÿBankəniÿ tərk edən türklər burada silahlı bir bölüyün saxlanılmasını məqsədə müvafiq bilmişdilər. Türk-Azərbaycan hərbi birləşmələriÿ Bankədəki döyüşdə 11 nəfər itki verdilər  

Igid ölər, adı qalar… 

Ümumiyyətlə, o tarixlərdə Azərbaycan ərazisində şəhid olan türk zabitlərinə heç bir kitabəli məzar daşının qoyulmaması bugünkü araşdırmaları xeyli çətinləşdirir. Tədqiqatçı, filoloq Azər Turan Qafqaz Islam ordusunun Neftçaladakı qəhrəmanlıq tarixini araşdıraraq, onlar haqqında məlumatları üzə çıxarmışdır. Tədqiqatçının sözlərincə desək, bu məzarlar Azərbaycana qəlblərində böyük sevgi və yenilməz sərkərdə Ənvər Paşanın xeyir-duası ilə gələn türk əsgərlərinin əbədi uyuduğu yerlərdir. 

Əsrlər boyu yadelli işğalçıların hücumuna məruz qalan bu torpaqlar 1918-ci ilin yazındaÿ yenidən bolşevikÿ vəÿ daşnakÿ silahlı dəstələri tərəfindən qanlı bir savaş meydanına çevrildi. Bakıda və qəzalarda dinc əhaliyə qarşı dəhşətliÿ soyqırımlar törədildi.ÿBolşevikÿ maskası geymiş, qatı daşnakÿ Stepan Şaumyan ÿordu quruculuğu işində anti-müsəlman mövqeyində idi.ÿ Birinci Dünya müharibəsi ÿillərində ÿQafqaz ÿcəbhəsinin müxtəlif bölgələrindənÿ Bakıyaÿ minlərlə silahlıÿ erməniÿ əsgərləri gəlmişdi. Elə buna görə də, ÿSovet ÿordusunun rəhbər zabit kadrlarının əksəriyyətiÿerməniÿ zabitləri idi.ÿ Stepan Şaumyan ÿçıxışlarında yaxın vaxtlarda şiddətli döyüşlərin başlanacağına işarə edirdi.ÿ Martın ortalarında o, çəkinmədən bildirmişdi ki,ÿ Bakı Soveti ÿZaqafqaziyada ÿvətəndaş müharibəsinin başlıca mərkəzinə çevrilməlidir. O qəsdən müsəlmanların ÿsoyqırımını vətəndaş müharibəsi kimi qələmə verir, faciənin əsl mahiyyətini təhrif edirdi. Onun rəhbərliyi iləÿ Azərbaycanın bir çox şəhər və mahallarında kütləvi qırğınlar törədilmişdi. Bu zaman türk qoşunlarının köməyi, onların torpağımızda qəhrəmancasına döyüşərək şəhid olmuş oğullarının al qanı bahasına xalqımızÿ erməniÿ quldurlarının və yenicə qurulmaqda olan Sovet hökumətinin genosidindən xilas olmuşdu.

Qafqaz Islam Ordusunun 11 döyüşçüsü

1918-ci ilÿmart hadisələriÿ zamanıÿ Türkiyənin hərbi naziriÿ Ənvər PaşaÿQafqaz Islam Ordusunun yaradılması haqqında əmr verdi. 1918-ci ilÿ aprelin 21-də ÿisə Cavad qəzasınınÿ Salyan şəhərində Sovet hakimiyyəti elan olundu. Bundan sonraÿSalyan ÿvə Neftçala ətrafında ÿerməni ÿdaşnaklarının vəÿ bolşeviklərin əlbirliyi ilə qırğın törədildi. Buÿ soyqırım planına Qırmızı Qvardiyanın III və V taborları rəhbərlik etdi. Belə ki,ÿSalyandakı III tabora Ter-Avakimov, Neftçaladakı V tabora Danilyan başçılıq edirdi. ÿKür çayı ÿsahillərində böyük qırğınlar baş verdi. Xəzər dənizindən ÿKür çayıÿ vasitəsi ilə ÿAzərbaycanın içərisinə doğru irəliləməklə daşnak-bolşevik koalisiyası geosiyası hərbi strateji mənafeləri göz altına almaq istəyirdi.ÿ Muğanın taxıl ehtiyatına yiyələnməklə daşnak-bolşevik-qırmızı qvardiyasını çörəklə təmin etməkÿ Bakı komissarları sovetinin ÿrəhbəriÿ Stepan Şaumyanın qeyd etdiyimiz kimi hərbi strateji məqsədi olmuşdur.

Mənbələrə əsasən türk-azərbaycanlı hərbi dəstələri Neftçala ərazisindəki bu son döyüşdən 11 nəfər itki və eyni zamanda qələbə ilə çıxdı.ÿ Görünür bu naməlum məzarlarda yatan 11 şəhidin adlarının indiyə kimi gizli qalması da o vaxtkı hakim imperiyanın xofunun nəticəsi idi. Elə savaş başa çatdıqdan sonra da bir bölüyün saxlanması ilə 1918-ci ilin iyulun sonlarında türk orduları Neftçala ərazisini tərk etmişdir.

Türk ordusununÿ Qaraqaşlıdakı 40 nəfərlik bölməsinə rəhbərlik edən türk zabiti Ramazan bəyin 5-ci Qafqaz Firqəsi komandanlığına göndərdiyi sənədə əsasənÿ Bankədəki döyüşdə “ikisi milis (Azərbaycanlı könüllü) olmaq üzrə 11 şəhid” verilmişdir. 1918-ci ildəÿ Bankə qəsəbəsiÿ yaxınlığındakıÿ 1-ci Mayakÿ kəndində balıq vətəgəsində fəhlə işləyən Usub Məmmədovun söylədiyinə görə də “türklər on bir şəhid veriblər”. Seyidlər qəbiristanlığındakı məzarlarda isə 10 nəfərin uyuduğu bir faktdır. Çünki Ramazan bəyin 5-ci Qafqaz Firqəsi komandanlığına verdiyi raportdan da göründüyü kimi,  həmin 11 nəfərdən ikisi azərbaycanlı könüllülər idi. Şahid insanları dediklərindən aydın olur ki, o iki nəfərdən birini, 18 yaşı olan şəhidi 1918-ci ildə burda deyil, aparıb öz doğma kəndlərində – Çuxanlıda dəfn ediblərmiş.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir