Böyük tarixin şahidi Neftçala

Uzaq minilliklərə aparan izlər…

Azərbaycanın zəngin neft və qaz yataqları tarixən ölkəmizdə bir sıra yer adlarının yaranmasına da əsas vermişdir. Belə yer adlarından biri də Neftçaladır. Neftçala toponimiÿ”neft” və “çala” sözlərindən ibarət olub “neftli çala” mənasını daşıyır. 

Tarix etibarilə, bu rayon Sovet hakimiyyətininÿilk illərində Neftçala ərazisində yaranmışdır. Burada böyük ÿneftÿ yataqları aşkar edildikdən sonra fəhlə və qulluqçular üçünÿTrest, Qəsəbə ÿadlı iri yaşayış məntəqələri salınmışdır.ÿ1952-ci ildə rayona xalq arasında söyləndiyi kimiÿ Neftçala ÿadı verilmişdir. Ona qədər bu adı uzun müddət 26-lar qəsəbəsiÿ daşımışdır. Əhali arasında buraÿ Nöyütxanaÿda deyilirmiş. Bundan başqa, tarixi mənbələrdəÿ Neftçalaÿ adı Boyat, Seyidlər, Qobu, Çala, Pirətəvan adları ilə yanaşı işlədilib.

“Vikipedia”da bu ərazinin tarixi ilə bağlı maraqlı elmi məlumatlar yer alır. Tarixən yazılı mənbələrdəÿ Kür çayının mənsəbi sahəsində böyük bir şəhərin olduğu barədə faktlar var. Bu barədə çoxlu mülahizələrin olmasına baxmayaraq, indiyədək heç kəs “Xaraba şəhər” və ya “Yunan şəhəri”n yerini tapa bilməmişdir. Ancaq bölgənin tarixini ətraflı araşdırmış Azər Turan “Darülmöminin” kitabında tarixi faktlara, xüsusən Bəzzazın (XIV yüzil) “Səfvətüs Səfa” əsərinə əsaslanaraq, bu şəhərin Kuştaspi adlandırıldığını, Kuştaspinin isə bir müddət Şirvanşahlar dövlətinin paytaxtı olduğunu bildirir. Deyilənlərə görə, çox-çox qədimlərdəÿKür çayı ÿindiki ÿCəngən kəndi ÿyaxınlığında daha bir qola ayrılırmış. Şirvan düzünə əyilib xeyli şimala doğru gedən bu qol ÿBaba Zənan (Babazanlı) dağının ÿcənub ətəyini yarandan sonraÿ Dirov dağının (Ilan dağ)ÿ ətrafında dövrə vurubÿ Xəzər dənizinə tökülürmüş. Həmin bu adada çox böyük bir şəhər mövcud imiş.

Cənub-Şərqi Şirvan düzündə,ÿ Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) burnu arasında şəhər xarabalığı var. Xarabalıqda həm quruda, həm də dənizdə IX-XI əsrə aid çoxlu maddi və mədəni qalıq nümunələri (üzəri həndəsi və nəbati naxışlarla örtülmüş şirli və şirsiz gil qab parçaları) tapılmışdır. Arxeoloji materiallar gil qabların təkcə Örənqala və Gəncəyə deyil, Neftçala rayonuna da aid olduğundan xəbər verir.ÿ Bəndovanla ÿbərabər ondan təxminən 10-12 kilometr aralıda yerləşən başqa bir şəhər də mövcud olub. Alimlərin apardığı araşdırmalar və arxeoloji qazıntılar nəticəsində hər iki şəhərdən xeyli qalıqlar tapılıb. Həmin qalıqlar suyun altından çıxarılıb və bir hissəsi Milli Parkın ərazisindəki muzeydə saxlanılır.

Elmi mənbələrin dedikləri… 

Professor Gül “Xəzər Atlantidası” adlı məqaləsində qeyd edir: “Xalq nağıl və əfsanələrindən məlumdur ki, Bakı yaxınlığında ”Şəhri Yunan” adlı bir şəhər də olmuş və o,ÿXəzərinÿsuları altında qalmışdır”. Ərəb coğrafiyaşünasları Əbu-Ishaq Istəxri (950-1000 ci illər) “Dövlətlərin yolları kitabı”ndakı xəritədə, Əbu-Abdullah Məhəmməd Idrisi (1154-cü il) tərtib etdiyi xəritədə, 1375- ci ilə aid kataloniya xəritəsində və venesiyalı Fra Mauronun 1459-cu ilə aid xəritəsindəÿ Kür çayının mənsəbində şəhər olduğu göstərilmişdir. Tarixçilər burada içməli suyu olan, rəng almaq üçün boyaq kökü istehsal edilən böyük bir adanın olduğunu xəbər verirdilər. XIV əsrdən sonra bu sənədli izlər xeyli müddət itir. XVIII əsrin əvvəllərinədək çəkilən xəritələrdə Kür çayının mənsəbində heç bir yaşayış məntəqəsi göstərilmir. XVIII əsrin I yarısından etibarən Azərbaycana gəlmiş rus tarixçiləri, səyyahları, tədqiqatçıları F.Biberşteyn, S.Qmelin, Bode, B.Dorn, I.Berezin və başqaları öz yazılarında xalq əfsanəsini təkrar edir.ÿAbbasqulu ağa Bakıxanovÿ1840-cı ildə bu xarabalıqları tədqiq etmək üçün təşəbbüs göstərmişdir. Bu yerlərdə ilk ciddi axtarışÿ1958-ci ildə başlanmışdır. Azərbaycan EA Coğrafiya Institutunun elmi ekspedisiyasının sualtı arxeologiya qrupunun əməkdaşlarının 1968-ci ildə apardıqları tədqiqatlar da nəticəsiz qalmışdır. Neftçalalı tarix elmləri namizədi, etnoqraf Əlisəfa Məmmədovun fikrincə, axtarış yerləri düzgün seçilmədiyi üçün bütün bu tədqiqatlar nəticəsiz qalmışdır. Ə.Məmmədovÿ1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6-8 km aralı Nord Ost Qoltuq kəndində maddi-mədəniyyət nümunələri olan adi şirəli, bişmiş kərpicdən olan qırmızı rəngli gil qablar, anqoblanmış bədii-saxsı məmulatının irili-xırdalı qırıqlarına rast gəlmişdir. Aşkar edilmiş bu keramika nümunələri Azərbaycan Tarix muzeyində, Nizami adına Muzeydə, Azərbaycan EA Tarix Institutunda saxlanılan Örənqala, Qədim Gəncə maddi abidələri ilə tutuşdurulduqda eyniyyət təşkil etdiyi məlum olmuşdur. Tarix Institutunun və Tarix Muzeyinin elmi işçiləri bu tapıntıların IX-XIII əsrlər Azərbaycan saxsı məmulatının qalıqları olduğu qənaətinə gəlmişlər. 

Unudulmaz şanlı savaş tarixi

Ümumiyyətlə, Neftçala rayonu ilə bağlı xalq arasında dolaşan bir çox adlar var. Rayon ərazisinin əvvəllər Xanqışlağı adlandırılması da keçmişdəÿqışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqların qoyun sürülərinin qışlamaq üçün buraya gətirilməsi ilə bağlıdır. Rayondakı ÿYeniqışlaq ÿkəndinin keçmiş adı da Xanqışlağı adlanıb. Yerli əhali bu kəndi hələ də Xanqışlağı adlandırır.

Indiki rayon ərazisi Şirvan xanlığıÿ(1747-1820) dövründə Salyan mahalı tərkibində olub.ÿ1868-ci ilin fevralındaÿ Bakı quberniyasıÿ daxilində ÿCavad qəzası yaradılır. Bu dövrdə  Neftçala rayonu həmin qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olanÿ Salyanın bir hissəsi olur.ÿ Azərbaycan Xalq Cümhuriyyəti dövründəÿ Cavad qəzası ÿ5 pristavlıqdan ibarət idi. 

Keçən əsrin əvvəllərində zorla sovetləşmə dövründə burada qanlı hadisələr baş vermişdir. 1918-ci ilÿaprel ayının 21-dəÿ isə ÿCavad qəzasının Salyan şəhərində Sovet hakimiyyəti elan olundu. Salyandaÿ Qızıl Qvardiya yaradıldı. ÿHələ iyun ayında da erməni-rus hərbi birləşmələri bura 2000 nəfərlik hərbi qüvvə, 12 pulemyot, 6 top, 2 hərbi və 1 nəqliyyat gəmisi ilə yeridilmişdi. Ordununÿ tərkibi 200 nəfər gəlmə rusdan, 300 nəfər iranlıdan (tarixi mənbələrdə onlar iranlı, xalqın yaddaşında şahsevənlər, türk mənbələrində isə əcəmlər olaraq bildirilir), 1500 nəfər ÿermənidən, qalan 4000 nəfər isə yerliÿruslardanÿ(ruslar, əsasənÿmalokanlardır) və yerli hümmətçilərdən ibarət təşkil olunmuşdu.ÿ Hələ XIX əsrinÿ sonu, XX əsrin ÿəvvəllərində Neftçalada çar ordusunun böyük bir korpusu yerləşdirilmişdi. 1918-ci ilin 27-28 iyununda isə Surra ilə Qarabucaqÿarasında çox şiddətli döyüşlər baş verdi. Qeyri-bərabər qüvvələrin təmsil olunduğu həmin  döyüşdə Türk-Azərbaycan hərbi birləşməsi geri çəkilməyə məcbur oldu.ÿ Surra-Qarabucaqÿ məğlubiyyətindən sonraÿ Qafqaz Islam Ordusundanÿ bura əlavə qüvvələr cəlb edildi: bir piyada bölüyü, bir pulemyot taqımı və bir dağ topu. Qaraqaşlıda mövqe tutan türk bölməsinin tərkibi 40 əsgərdən, 2 Maksim pulemyotundan və 2 topdan ibarət idi. Avqustun əvvəlində Bankəni tərk edən türklər burada silahlı bir bölüyün saxlanılmasını məqsədə müvafiq bildilər. Türk-Azərbaycan hərbi birləşmələriÿ Bankədəki döyüşdə 11 nəfər itki vermişdi.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir