Cənubi Azərbaycanda Urmiya xanlığı dövrü

Xanlığın banisi Fətəli xan Avşar

Tarixdən məlum olduğu kimi, XVIII yüzilliyin 40-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişiklik baş verdi. Iyirmiyədək müxtəlif xanlıq və onlardan asılı olan xırda inzibati-siyasi qurumlar yarandı. Bununla, olduqca mürəkkəb, ziddiyyətli və faciəli bir dönüş başlandı ki, bu vəziyyət 1828-ci ilədək davam etdi.

O dövrdə Güney Azərbaycanda yaranan xanlıqlar arasındaÿ Urmiya xanlığıÿ mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın əmisi oğluÿ Fətəli xan Afşarÿ qoymuşdu.

Təbriz və Xoy xanlıqları Dünbüli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayanÿ Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747-1752) dururdu.ÿMarağa xanlığıÿhələ Nadirin sağlığında burada hakim olanÿ Əliqulu xan Müqəddəmin ÿəlində idi.ÿƏrdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevənÿ idarə edib. O, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.

Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747-1778),ÿSərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747-1786) yaratmışdır.

Güney Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışdır. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.

XVIII əsrin ortalarından XIX əsrin 60-cı illərinədək mövcud olmuş Urmiya xanlığının mərkəziÿ Urmiyaÿ şəhəri idi. Bu xanlıq 1868-1869-cu illərə qədər mövcudluğunu qoruyub saxlamışdır. 

Qeyd olunduğu kimi, Urmiya xanlığının əsası Nadir şah Afşarın əmisi oğlu, Afşar tayfasından olan Fətəli xan (1747-1763) tərəfindən qoyulmuşdur. O, öz xanlıq dövründə mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı. Şah taxtında oturmaq arzusunda olan Fətəli xan Afşarÿ Iranÿ vəÿ Azərbaycandakı müharibələrdə iştirak edirdi.ÿ1754-cü ilin əvvəllərində o, Iranın cənub və orta hissəsini ələ keçirir,ÿ1759-cu ildə isəÿ Qarabağ xanlığını tutur, bununla da, Urmiya xanlığının güclənməsinə səbəb olur. Beləliklə, yeni mərhələdə Urmiya, ÿTəbriz,ÿ Xoy,ÿ Qaradağ,ÿ Marağaÿ vəÿ Sərab ÿxanlıqları, yəniÿ ƏrdəbilÿvəÿMakuÿxanlıqları istisna olmaqla,ÿCənubi Azərbaycan xanlıqlarıÿbirləşdirilir.

Xanlıqların birləşdirilməsi

Urmiya xanlığının hökmdarıÿ Fətəli xan ÿAfşarlar ÿmənsub idi və Nadir şahÿ Afşarın ən yaxın adamlarından biri hesab olunurdu. Fətəli xan Afşarÿ Cənubi Qafqazın tutulması və ÿIranda ÿali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətlər göndərildi.ÿ Irəvan xanlığına ÿhücum uğursuz olduqda, hücum istiqamətiÿ Gürcüstana ÿyönəldi. Çarÿ II Irakliÿdə məğlub edildi.

Daha sonra Fətəli xanÿIrandaÿ ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi Irana yaya bildi (1752). Iranın şimalında möhkəmlənənÿ Məhəmmədhəsən xan Qacarla ÿmübarizə çətin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə edərəkÿ Gilanı tutan Fətəli xanı oranı tərk etməyə məcbur etdi. O bununla kifayətlənməyərəkÿ Təbrizi, sonra isəÿ Urmiyanı tutdu (1757). Yalnız Məhəmmədhəsən xanın öldürülməsi ilə asılılıqdan qurtulmaq mümkün oldu (1759). Fətəli xan Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən sonraÿ Qarabağaÿ hücum etdi və onu asılı vəziyyətə saldı (1759).

Qeyd olunduğu kimi, Fətəli xanın bu birləşdirmə siyasəti onuÿ Zənd tayfasının təmsilçisi ÿKərim xan Zənd ÿvə ÿQacar tayfasının başçısı ÿMəhəmmədhəsən xan Qacarlaÿ toqquşdururdu. Fətəli xan onlara qarşı uğurlu savaş aparmaq üçün Birlik yaratmağa cəhd etsə də, buna nail ola bilmir. Ona görə də,ÿ1751-ci ilin sonunda ÿIrəvan ÿüzərinə qoşun göndərir. Lakin ÿII Iraklinin ÿgöndərdiyiÿ Qazax ÿvəÿ Borçalıÿ türklərindən ibarət qoşun dəstəsi ÿIrəvan xanlığına köməyə gəlir. Bu yürüşün uğursuzluqla nəticələnməsinə baxmayaraq,ÿ 1753-cü ilin sonu ÿ1754-cü ilin başlanğıcında Fətəli xan hakimiyyətini Mərkəzi və Qərbi Irana yaya bilmişdi. 

Fətəli xanın ölümündən sonra

1752-ci ilin sonunda Xorasanın Güneyində möhkəmlənmiş Kərim Xan Zəndÿ Urmiya xanlığı üzərinə yürüş edir. Miyana ətrafındakı döyüşdə Fətəli xana məğlub olan Kərim xan Fars vilayətinə qaçır. Onu təqib edən Fətəli xanın gücləri Qəmşə adlı yerdə zəndləri yenidən məğlubiyyətə uğradırlar. Kərim xanın qardaşı Isgəndər xan əsir alınaraq edam edilir. Bu zaman Iranin quzeyində möhkəmlənmiş Məhəmmədhəsən xan Qacar da mərkəzi hakimiyyət uğrunda savaşa başlayır. O,ÿ1755-ci ilin yazındaÿIsfahanı ələ keçirir. Kərim xanÿ Şiraza qaçır.

Məhəmmədhəsən xanÿ Ərdəbil ÿvə ÿLənkəran ÿxanlıqlarının ərazilərindən, eləcə də Muğan düzündən keçərəkÿ Qarabağa ÿhücum edir. Daha sonra Təbrizi, Urmiyanı tutur.ÿ1759-cu ildə Məhəmmədhəsən xan öldürülür. Bundan yararlanan Fətəli xan Təbrizə qayıdır və yenidən birləşdirmə siyasətini davam etdirir.ÿ1759-cu ilin yayında Qarabağ xanlığı üzərinə yürüş Pənahəli xanın siyasi asılılığı qəbul etməsi ilə nəticələnir.ÿ1761-ci ildə Kərim xan Zənd güclü ordu ilə yenidən hücuma keçərək Urmiya şəhərini tutur və 1763-cü ilin ortalarında Fətəli xan əsir alınır. 

Məhəmmədhəsən xandan sonra Iranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Urmiyaniÿ1763-cü ildə 9 ay mühasirədə saxladı. Nəhayət, Urmiya xanlığını tutanÿKərim xan Zəndÿ Fətəli xan Afşarı da edam etdirdi. Sonralar Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən müstəqil siyasət yeritməyə başladı. Bu zaman Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Urmiyalı Əli xanı yanına çağırıb gözlərini çıxartdı. Ağa Məhəmməd xanın çəkilməsindən sonra Imamqulu xan hakim seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz yaxınlığındakı döyüşdə məğlub oldular. Əmiraslan xan Afşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı uzun çəkmədi. Məhəmmədqulu xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa edən xanlıq ÿIran ÿtaxtına çıxan Fətəli şaha tabe oldu. 

Əmisi Ağaməhəmməd şah Qacar öldürüldükdən sonra (1797) taxta çıxan Fətəli şah Afşarlardan qalan bütün torpaqları 1803-də birləşdirərək yenidən Qacar hakimiyyəti altına keçirdi 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir