Qurani Kərimin azərbaycanca tərcüməçilərindən (məal) biri, Mədinə İslam Universitetinin məzunu Əlixan Musayev ölkəni tərk edərək mühacirətə gedib.
Avropa.info-nun əldə etdiyi məlumata görə, 20-dən artıq kitab və broşurun müəllifi və tərcüməçisi olan Əlixan Musayev bir müddət öncə AZAL-a məxsus təyyarə ilə Dubay şəhərinə gedib. Onun 1990-cı illərdə Azərbaycana İslamı təbliğ məqsədi ilə gəlmiş, Ukraynada və bir çox yerlərdə məscidlər tikdirmiş əhli-sünnə camaatının tanınmış alimlərindən biri olan Şeyx Səlimin dəvəti ilə Dubaya hicrət etdiyi bildirilir. Qeyd edək ki, Əlixan Musayev ölkəni tərk etməzdən öncə, mühacirətə getməsi ilə əlaqədar xütbə verib. Xütbəsində Əlixan Musayev özünün də bəzi məsələlərdə səhvlərinin olduğunu və buna görə tövbə etdiyini bildirib. Eyni zamanda o Azərbaycanda İslama qarşı total təzyiqlərin olduğunu və belə şəraitdə bu ölkədə yaşaya bilməyəcəyini deyib. İslamda hicrətin Peyğəmbərin (s.a.s) sünnəti oduğunu deyən, Əlixan Musayev soyuq münasibətdə olduğu deyilən Əbu Bəkr məscidinin imamı Qamət Süleymanov haqqında bir kəlmə də danışmayıb. Qeyd edək ki, Əlixan Musayevlə Qamət Süleymanov arasında hakimiyyətə münasibət məsələsində fikir ayrılığı var idi.Əlixan Musayevin Şeyx Səlimin dəvəti ilə hicrət etdiyi bildirilir