Ermənistanda günlərdir davam edən xalq etirazları nəticəsini verdi. Ölkənin baş naziri seçilən keçmiş prezident Serj Sarkisyan istefa verdi. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Sarkisyan istefa bəyanatında bildirir ki, o, səhv edib və ölkə rəhbərliyindən əl çəkir.
“Bütün vətəndaşlara müraciət edirəm.
Gecə-gündüz küçələrdə “Serjdən imtina et” çağırşı ilə duranlara, canlı efiri gecə-gündüz seyr edənlərə, hərbçilərə, partiya yoldaşlarıma, bütün siyasi qüvvələrə müraciət edirəm.
Sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm:
Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var. Amma onların heç birinə getmərəm. Bu, mənə görə deyil. Mən ölkə rəhbəri postunu tərk edirəm. Sizin tələbinizi yerinə yetirirəm. Ölkəyə harmoniya və məntiq arzulayıram. Təşəkkür edirəm”, – deyə Sarkisyan istefa bəyanatında qeyd edib.