ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib.
“İrana qarşı və onların (İran hakimiyyətinin –red.) etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”, – deyə N.Xeyli Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.
N.Xeyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMTTŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə “aqressiv davranış” nümayiş etdirməkdə ittiham edib.