ABŞ-da neft hasilatının artıq gələn il ərzində 10 mln. barel/gün həddini ötəcək. Bu proqnozu Energetika Nazirliyinin Enerji İnformasiyaları İdarəsi verib.
İdarənin yaydığı məlumata əsasən, ABŞ-da 2017-ci ildə orta gündəlik neft hasilatı 9,2 mln. barel olacaq. 2018-ci ildə isə bu göstərici 10 mln. barel/günə çataraq 1970-ci ilin 9,6 mln. barel/gün orta illik hasilat rekordunu yeniləyəcək. Xatırladaq ki, ABŞ-da ötən həftə gündəlik neft hasilatı 9,8 mln. barel/gün təşkil edib və bu, yeni rekord sayılır.
ABŞ-ın neft hasilatının 2018-ci ildə S.Ərəbistanını üstələyəcəyi gözlənilir. Belə ki, S.Ərəbistanında noyabr ayında neft hasilatı 9,97 mln. barel/gün olub. Ekspertlər neft qiymətlərinin cari səviyyəyə yaxın qalması durumunda ABŞ-da hasilatın artıq 2019-cu ildə Rusiyanı da keçəcəyini bildirirlər. Xatırladaq ki, Rusiyada neft hasilatı noyabrda 11,1 mln. barel/gün olub.
Xatırladaq ki, OPEC təşkilatının dünən yaydığı hesabata əsasən, ABŞ-da neft hasilatının 2018-ci ildə 1,05 mln. barel/gün artacağı proqnozlaşdırılır.