Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 milyard 45,1 milyon manat, xərcləri isə 12 milyard 783,7 milyon manat təşkil edib.
Bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatda bildirilir.
Büdcənin icrasında 738,6 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,5%-i qədər kəsir yaranıb.
Qeyd edək ki, 2017-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 30,3% artaraq 10 milyard 788,8 milyon manat, xərcləri isə 21,2% artaraq 11 milyard 327,5 milyon manat təşkil etmişdi. Büdcənin icrasında 538,7 milyon manatlıq kəsir yaranmışdı.