Dövlət Statistika Komitəsi pərakəndə ticarət dövriyyəsi ilə bağlı açıqlama verib.
2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 19,0 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 9,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,4 faiz üstələmişdir.