AXCP sədri Əli Kərimli yenicə dünya çempionu olmuş Ramil Quliyeə fb səhifəsi vasiəsilə təbrik göndərib:
“Təbriklər və təşəkkürlər, Ramil Quliyev! Azərbaycan hakimiyyəti zamanında ona sahib çıxmamışdı. Ölkədən gedəsi olmuşdu. Korrupsioner hakimiyyət öz idmançılarımıza sahib çıxmaq əvəzinə əcnəbi idmançılara böyük pullar xərcləyir.
Budur, Ramil Quliyev Londonda keçirilən dünya çempionatında 200 m. məsafəyə qaçışda dünya çempionu oldu. Türkiyəyə idmanın bu növü üzrə ilk qızıl medalı qazandırdı. Ən xoşbəxt anında Azərbaycan bayrağına sarıldı. Həm Türkiyəni, həm də Azərbaycanı sevindirdi”.
Azadliq.info