Tramp adminstrasiyası Suriya aerodromuna son raket hücumundan sonra Bəşər Əsədin devrilməsi üçün səylərini artırmaq niyyətindədir. “Vətəndaş müharibəsi ilə parçalanan ölkədə hakimiyyət dəyişikliyi həyata keçməlidir. Əsədin rejimə rəhbərlik etməsi ilə siyasi çıxış yolu tapılması variantlar sırasında deyil. Vəziyyət və onun əməllərinə baxdıqda, Əsədin rəhbərliyi ilə sülh və sabitlik çətin olacaq”, – deyə ABŞ BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.
Diplomat xanım Əsəd rejiminin devrilməsi üçün “daha böyük addımlar atmaq” zərurəti yarandıqda prezident Trampın buna hazır olduğuna dair əminliyini dilə gətirib. ABŞ-ın Suriya siyasətinin digər hədəflərinin isə İŞİD-lə mübarizə və İranın Dəməşqə təsirlərini neytrallaşdırmaq olduğunu bildirib.
İlkin