Qarabağ döyüşlərində iştirak edərək əlil olmuş Teymurov Rafiq Müqabil oğlu Azadliq.info-ya müraciət edib. O, bir müddət əvvəl işlədiyi Akkord şirkətindən ixtisara düşərək işdən çıxarıldığını deyir. Bundan sonra əlilliyinə görə heç yerdə işə düzələ bilmir. Həyat yoldaşı əməliyyat olunduğu üçün banklardan borc götürüb.Hazırda aldığı əlilik təqaüdü isə bank borcuna çıxıldığından ailəsi çətin duruma düşüb. İmkansızlıqdan 10-cu sinifdə oxuyan övladının təhsilini davam etdirə bilməməsini deyən Rafiq Teymurov aidiyyatı qurumlardan kömək istəyir.
azadliq.info