Aprelin 4-ü gecə saatlarında Bakının Nəsimi rayonunda yerləşən “Təzə bazar” adlı kənd təsərrüfatı və məişət malları bazarında yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və bir müddətdən sonra yanğın söndürlüb.
Hadisə bazarın geyim əşyaları və meyvə-tərəvəz satılan hissəsindən başlayıb. Alov tez bir zamanda geniş ərazini əhatə edib. Hadisə yerinə Bakının müxtəlif rayonlarından yanğınsöndürmə briqadaları cəlb olunub.
Alovla təxminən 40-45 dəqiqəlik mübarizədən sonra yanğın söndürülüb.
Bəzi şahidlərin bildirdiyinə görə, yanğınsöndürənlər hadisə yerinə gec çatıblar.
İlkin məlumata görə, sahibkarlara yanğın nəticəsində xeyli ziyan dəyib. Yanğın 800 kv.m sahəni əhatə edib.
İtki barədə məlumat yoxdur.