Belarusda işsizlərdən vergi tutulması ilə bağlı mübahisəli qanunun icrası 1 illik dayandırıldı.
AzadlıqRadiosu Belarus xidmətinin məlumatına görə, bunu martın 9-da hökumətin iclasında prezident Aleksandr Lukaşenko bəyan edib.
Lukaşenko deyib ki, qanun ləğv olunmayacaq, amma, yəqin ki, ona bir sıra düzəlişlər ediləcək.
Bu qanun Belarusda 2015-ci ilin aprelindən tətbiq edilib.
Verginin ötənilməsinə qoyulmuş ilk vaxt fevralın 20-də bitməli idi və bu məsələ ölkədə etirazlara səbəb olmuşdu.
Paytaxt Minskdə daxil olmaqla Qomel və ölkənin digər kiçik şəhərlərdə etiraz aksiyalar keçirilmişdi.
Prezident Lukaşenkonun «Sosial parazitlərə qarşı» qanununa görə işsizlər hökumətə ildə 200 dollar vergi ödəməli idilər.
Bu qərara etiraz olaraq ölkədə imza toplantısı kampaniyası da aparıldı.
Amma buna görə heç kim basqıya məruz qalmadı, aksiyalar da insidentsiz ötüşdü.