Diplomatik pasporta malik bəzi türk vətəndaşlarının mühacirət üçün İsveçrəyə müraciət etdiyi məlum olub. Sığınacaq tələb edənlərin arasında 15 iyulda Türkiyənin Bern səfirliyində vəkil vəzifəsi tutan Volkan Karagözün də olduğu iddia edilir.
İsveçrənin nüfuzlu qəzetlərindən “Tages Anzeiger”in başyazı olaraq verdiyi xəbərə görə, köhnə səfir vəkili Volkan Karagöz həm özü, həm də ailəsi üçün İsveçrədən sığınacaq istəyib.
Federal hökumət (Bundesrat) bazar ertəsi bəzi diplomatik pasportlu Türkiyə vətəndaşlarının İsveçrədən sığınacaq istədiyini təsdiqləyərək, geniş açıqlama verməyib. Sözügedən qəzet ad vermədən bəzi isveçrəli siyasətçilərin Volkan Karagözə sığınacaq haqqı verməsinin İsveçrə ilə Türkiyə arasında həm siyasi, həm iqtisadi böhrana yol aça biləcəyi fikrində olduğunu yazıb. Onlar bununla bir çox başqa Fetullah Gülən tərəfdarının da İsveçrədən sığınacaq istəyə biləcəyinə eyham vurublar.
Bern səfirliyinin vəkili Volkan Karagöz 15 iyul çevriliş cəhdindən sonra fevral ayında Feto mənsubu olma səbəbi ilə vəzifədən çıxarılmış və Ankaraya çağrılmışdı. Ancaq Volkan Karagöz Ankaraya dönmeyərək, ailəsi ilə bərabər İsveçrədə sığınacaq istəmişdi.
azadliq.info