“Pegasus” Hava yolları şirkəti “Air Berlin”in əlində olan 29.51% “İzAir” hissəsini 1.2 milyon avroya satın almaq üçün razılaşıb. Beləcə, “Pegasus” “İzAir”in tam hissələrinə sahib olacaq.
Satınalma razılığı birlikdə “Pegasus”un “İzAir”dəki payı 98.63%-ə yüksələcək və “Air Berlin Türkiyə Layihəsi” nə dair razılaşmalar da yekun olaraq sona çatacaq.
“İzAir” 2005-ci ildə izmirli iş adamları tərəfindən qurulub. 2006-cı ilin yanvarında şirkət üç ədəd A319 üçün lizinq anlaşması edib. 2006-cı ilin iyununda “Pegasus” ilə “İzAir” arasında “əməkdaşlıq müqaviləsi” imzalanıb; 26 iyun 2006-cı ildə “Pegasus” Hava yolları adına uçuşlarına başlayıb. Mart 2007-ci ildə isə Əsas holdinq “İzAir”in 20% hissəsini satın alıb.
Bu gün şirkətdən edilən açıqlamaya görə, “Pegasus” “Air Berlin”n əlindəki 29,51% hissəni də alaraq, şirkətin 98,63%-nə sahib olacaq.
azadliq.info