Çində gözə görünməz Pilotsuz Uçan Aparat (PUA) hazırlanması layihəsi üzərində işə başlayıblar.
TASS xəbər verir ki, bu haqda “China Daily” məlumat yayıb.
Layihənin həyata keçilməsi ilə Çinin Aero-kosmik elmlər və sənayesi şirkəti məşğuldur.
“Şirkət diqqətini az hiss edilən və yerətrafı kosmik məkanda uçan piltosuz aparatın hazırlanmasına cəmləyib”, – deyə, şirkətin baş direktorunun müavini Vey İnya bildirib.
Aparatın taktiki-texniki göstəriciləri habelə hazır olacağı müddət və layihələrin başqa detalları barədə məlumat verilməyib.