Əfqanıstanın paytaxtı Kabulda hərbi xəstəxanaya silahlı bir qrup tərəfindən bombalı və silahlı hücum həyata keçirilib. Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidmətininin rəhbəri Dövlət Vaziri ən az 30 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını bildirib. Məlumatda bildirilir ki, sayları 10 nəfər olan terroçular xəstəxana işçilərinin paltarlarını geyinərək xəstəxanaya daxil olublar. İŞİD-ə yaxın mənbələr bildirib ki, terror hadisəsini İŞİD üzərinə götürüb.
azadliq.info