Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir.
Vəkil Toğrul Babayevin APA-ya verdiyi məlumata görə, hazırda onlar cinayət işinin materialları ilə tanış olurlar. T. Babayev bildirib ki, tanışlıq mərhələsi başa çatandan sonra iş baxılmaq üçün məhkəməyə göndəriləcək.