Yaponiyanın şimalındakı Aomori qəsəbəsindəki çəltik tarlalarında hər il çəltikdən rəngarəng şəkillər “çəkilir.” Yerdən baxanda çox şey görmürsünüz: yaşılın fərqli çalarları ilə tumurcuqlamış sulu çəltik tarlaları göz ala bildiyincə uzanır.
Amma hündür müşahidə platformasına dırmaşarkən başqa şeylər görərsiniz. Bu maraqlı əsərləri görmək üçün hər il Aomoridəki Inakadate kəndinə yüz minlərlə insan axın edir.
1992-ci ildə başlayan bu yaradıcılıq işi zamanın qubernatorunun bölgə sakinlərini kəndə turist çəkəcək bir fəaliyyət düşünməyə çağırması zamanı ortaya çıxmışdı. BBC-nin müxbiri Selena Hoy deyir ki, bələdçimizdən “Niyə düyü?” deyə soruşdum. “Burada düyü tarlalarından başqa bir şey yox” dedi. 8000 adamın yaşadığı bu uzaq kənddə həyat düyü əkinçiliyinə bağlıdır. Düyü 2000 ildir bu bölgədə yetişdirilən bir məhsuldur.
Çəltikdən ilk dəfə ştablolar çəkilərkən 100-ə qədər kəndli əkinə kömək etmiş.
Kənd muxtarı Koyu Suzuki hər il planlanma prosesinin məhsul sonrası payızda başladığını və aprelə qədər sürdüyünü, bir ay sonra da çəltik əkinçiliyinin başlandığını söyləyir.
İyul və avqust ayları əsərlərin zirvə nöqtəsinə çatdığı, turistlərin axdığı zamanlar olur. 1990-cı illərdə bir neçə ziyarətçisi olan kəndə 2016-cı ildə 340 min adam gəlmiş. Qəsəbəyə bir qatar stansiyası belə açılmışdır bunun üçün.
azadliq.info