Blogger Orduxan Teymurxanın fəaliyyətinə görə bacılarını polisə aparmaq vicdansızlıqdır, qeyrətsizlikdir, azərbaycanlı adına utanc gətirən hərəkətdir. Bu ləyaqətsiz hərəkətin icraçıları cəzalandırılmalı, hakimiyyət bu ləyaqətsizliyə görə millətdən üzr istəməlidir!
Ancaq biz bilirik ki, Orduxan Teymurxanın bacılarına qarşı törədilən bu ləyaqətsiz əməl hansısa vicdansız polis əməkdaşının özfəaliyyəti də deyil. AXCP Şəki şöbəsinin keçmiş sədri Rauf Əbdürrahmanlının bacısı 2 ay imiş ki, hədələnirmiş (qardaşından gizlədirmiş). Neçə gün idi ki, polislər Rauf bəyin ata evində oturub, onun gəlməsini tələb edirdilər. Davamlı təzyiqlər sonda Rauf bəyin bacısını intihar etmək həddinə çatdırıb. Yalnız oğlunun məktəbdən tez gəlməsi qadını ölümdən qurtarıb. Bəli, siyasi fəallara ailələri vasitəsilə təzyiq etmək hakimiyyətin şüurlu siyasətidir. Biz millət olaraq belə iyrənc “siyasəti” hamılıqla lənətləyirik və dayandırılmasını tələb edirik!