Bu gün Türkiyənin Stokholmdakı səfirliyinin çöl divarlarına və həyətinə boya şüşələri atılıb. Səfirlikdən verilən açıqlamada səhərə qarşı reallaşan hücumda iki nəfərin səfirlik binasının xarici divarlarına və həyətinə içində ağ boya olan çoxlu sayda şüşə atdığı bildirilib. Açıqlamada təhlükəsizlik kamerası qeydlərinin araşdırıldığı və hücumu üzü maskalı 2 kişinin reallaşdırdığı müəyyən edildiyi deyilir. İsveç polisi hadisə ilə əlaqədar araşdırma başladıb.
Bundan üç ay əvvəl də səfirliyə PKK terror təşkilatı tərəfdarı olan 8 nəfər boya qabları və daşlarla hücum təşkil etmişdi.