Bu gün Alman Federal Prokurorluğu təlimatı ilə polis tərəfindən Dəyanət İşləri Türk İslam Birliyini təmsil edən (DİTİB) dörd imamın evində axtarış aparılıb. Əməliyyatların əslində yanvarın sonuna planlaşdırıldığı, ancaq daha sonra müəyyən müddətə təxirə salındığı bildirilir.
“Der Spiegel” əməliyyatın Yaşıllar Partiyasının din işlərindən məsul olan sözçüsü, millət vəkili Volker Bekin DİTİB haqqındakı ittihamına əsaslandığını yazıb. Bek keçən ilin dekabr ayında Federal Prokurorluğa DİTİB-nin casusluq qalmaqalı ilə əlaqədar bəzi sənədlər təqdim etmişdi.
Almaniyanın Ədliyyə naziri Heiko Maas da məsələ ilə əlaqədar Berlində açıqlama verib. Maas DİTİB tərəfindən casusluq ittihamlarını əsaslı aydınlıq gətirilməsini tələb edib. Ədliyyə naziri “DİTİB-nin bəzi imamlarının casusluq etdiyi şübhəsi təsdiqlənsə, o zaman təşkilatın Türk hökumətinin uzantısı olduğu ittihamını irəli sürmək məcburiyyəti yaranacaq…Nazir Maas “Türk dövlətinin DİTİB üzərindəki təsiri böyük. Təşkilat Ankaranın təsirindən inandırıcı bir şəkildə qurtulmaq məcburiyyətində” deyib. DİTİB-nin Dəyanət İşləri başkanlığı ilə tam əlaqəli olan nizamnaməsinin dəyişdirilməsinin gərəkli olduğunu ifadə edən Maas “yalnız müstəqil bir alman təşkilatı olaraq DİTİB-nin etibarlı tərəfdaş sifətiylə gələcəyi olar” söyləyib.
Əməliyyatlarda casusluq qalmaqalı çərçivəsində Gülən qruplaşmasına dair göndərilən yazıların gizli xidmət sənədi olaraq qiymətləndirilib-qiymətləndirilməyəcəyi məsələsi istintaqın ən əhəmiyyətli bir parçası hesab olunur. Əgər bu sənədlər həmin kateqoriyada qiymətləndirilsə, DİTİB imamları hüquqi baxımdan “casus” sayılacaqlar.