Hindistan “Sriharikota” kosmos bazasından orbitə 104 peyk göndərərək rekord qırdı. Peyklərin hamısı 320 ton ağırlığındakı bir raketlə göndərildi. Bu sahədəki rekord 2014-cü ildə kosmosa 37 peyk göndərən Rusiyaya məxsus idi.
Atılan 104 peykdən 96-sı başqa ölkələrə aiddir.
Bu ölkələr arasında İsrail, ABŞ, Qazaxıstan, Niderland, İsveçrə və Birləşmiş Ərəb Əmirlikləri də var.