ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen, Çərşənbə axşamı günü etdiyi şərhdə Federal Açıq Bazar Komitəsinin faizi artırmaq üçün uzunmüddət gözləməsinin “məntiqsiz” bir hərəkət olacağını bildirərək, Fed-in növbəti yığıncaqlarında daha çox faiz artırmasının məqsədəuyğun olacağını müdafiə edib.
“Marja” xəbər verir ki, Janet Yellen, iqtisadiyyatın Fed-in hədəflərinə istiqamətdə irəliləməsinin davam etdiyini qeyd edib və inflyasiya hədəfinin 2% səviyyəsinə yaxşınlaşdığını deyib.
ABŞ Mərkəzi Bankının sədri maaşların artdığını və məşğuluq bazarının böyük miqyasda irəliləyiş qeyd etdiyini ifadə edərək, işsizlik nisbətinin təxminlərə paralel olduğunu söyləyib.
Fed sədri, maliyyə siyasətində ( vergi güzəştləri və infrastruktur xərclərinin artırılması) ola biləcək dəyişikliklərin iqtisadi inkişafa təsir edə biləcəyini qeyd edib.
Yellenin çıxışından sonra Dollar dünyanın mühüm valyutaları qarşısında bahalaşıb. Avro/Dollar məzənnəsi 1.0576 səviyyəsinə düşüb.