AXCP Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirlinin ata evinə polis basqını olub. Polislər evə gələrək, onun atasını zorla Polis İdarəsinə aparıblar. Bu barədə Ruslan Nəsirlinin özü məlumat yayıb.
Ruslan Nəsirli bildirir ki, ötən ilin sentyabrında haqqında cinayət işi açılan gecə Rusiyaya gedib. Hazırda orada işləyir. Orada olduğu müddətdə atasını bir neçə dəfə Saatlı Polis İdarəsinə çağırıblar. Lakin Ruslan Nəsirli atasına çağırışlara reaksiya verməməyi tövsiyə edib. Nəhayət, bu gün polis işçiləri onların evinə basqın edərək atasını İdarəyə aparıblar.
Ruslan Nəsirli atası barədə hələ bir xəbər ala bilmədiklərini qeyd edib.
Hadisəni diqqətdə saxlayacağıq.