“Boavişta” klubu Portuqaliya çempionatının XXI tur matçında “Braqa”nı qəbul edib.
Meydan sahiblərinin heyətində yer alan Azərbaycan milli komandasının oyunçuları Kamran Ağayevlə Emin Mahmudov ehtiyatda qalıblar.
K. Ağayevin 3 oyunluq cəzasının artıq başa çatmasına baxmayaraq, o və E. Mahmudov ehtiyat oyunçular skamyasında yer alıb. Emindən fərqli olaraq Kamran “Boavişta”da ilk dəfə ehtiyatda olub. Baş məşqçi Migel Leal start heyətdə Vaqnerə şans verib.
Oyun isə 1:1 hesablı bərabərliklə nəticələnib. Meydan sahibləri buraxdıqları erkən qola fasiləyədək cavab verə biliblər.
21 oyundan sonra “Boavişta” 26 xalla 11-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Kamran Ağayev “Benfika” ilə XVII tur qarşılaşmasında rəqib futbolçularla insidentə görə Portuqaliya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılıb.